Bir xaçpərəst soruşur ki, Allah nə üçün insanları xəlq edib?
Sual: Quran və yaxud Sünnədə Allahın insanları nə üçün yaratdığı barədə nə deyilir?
Cavab: Həmd Allaha məxsusdur.
Allah cinləri və insanları yalnız Ona ibadət etmək, Onu ibadətdə təkləşdirmək, əmrlərinə itaət etmək və qadağalarından çəkinmək üçün yaratmışdır. Allah-Təala buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”.[1]
Yəni, ibadətdə Allahı təkləşdirmək, digərlərinə deyil, yalnız Ona məxsus etmək. Allaha ibadətin doğru olması üçün şərtlərdən biri Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) iman gətirmək və onu örnək almaqla ona tabe olmaqdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) itaət olunmaq üçün örnək, nümunədir. Allah-Təala buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”.[2]
[1] əl-Zariyat,56.
[2] əl-Əhzab,21.


