Bəd nəzərin tərifi, bundan qorunmağın yolları və müalicəsi

Sual: Bəd nəzər nədir? Sizin internet səhifənizdə bu terminə çox rast gəlirəm. Bunu ətraflı şəkildə izah edə bilərsiniz?

Cavab: Həmd Allaha məxsusdur.

Aşağıda bəd nəzər barədə bəzi məlumatlar və fətvalar verilib. Allahdan diləyimiz budur ki, oxucularımıza bununla fayda bəxş etsin.

Daimi Heyətin alimlərinə ünvanlanan sualda belə deyilir:

Sual: Bəd nəzərin tərifi nədir?

Allah Təala: “və həsəd aparan zaman paxılın şərindən!”-deyə buyurur. [əl-Fələq 113:5]

Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) istinadən rəvayət olunan “Qəbirdəkilərin üçdə bir hissəsinin orada olmasının səbəbi bəd nəzərdir” hədisi səhihdirmi? Əgər bir insan ona kiminsə paxıllıq etdiyini düşünürsə belə bir vəziyyətdə müsəlman bir fərd nə etməli və nə söyləməlidir? Birinə gözü dəyən insan qüsl alırsa onun istifadə etdiyi su zərər verdiyi şəxsə (göz dəymənin qurbanına) şəfa gətirəcəkmi? Zərərçəkən tərəf suyu içməlidir, yoxsa bununla yuyunmalıdır?

Cavab: “Əl-ayn” (burada “bəd nəzər, pis nəfs, göz dəymə” kimi tərcümə olunub) ərəb dilində bir şəxsin digər bir şəxsə zərər verdiyi mənasını daşıyır. Bu o zaman baş verir ki, bir insan bir şeydən xoşu gəlir, sonra onun bəd nəfsi qısqanclıq duyduğu obyektə davamlı şəkildə baxmaqla ona təsir edir. Allah Təala Peyğəmbəri Muhəmməd sallallahu aleyhi və səlləmə paxıl, həsəd edən bir insandan Ona pənah aparmasını əmr edir. Allah Təala buyurur:

“və həsəd aparan zaman paxılın şərindən!” [əl-Fələq 113:5]

Öz nəfsini başqasının üstünə salan hər kəs paxıl (həsəd aparan) hesab edilir. Lakin hər bir paxıl kəs öz nəfsini digərinin üstünə salmır. “Həsid” sözü “a`in” (başqasına gözü dəyən şəxs) sözündən mənaca daha genişdir, odur ki, paxıllıq edən şəxsdən Allaha sığınmağın əhatə dairəsinə öz pis nəfsini başqa bir insana salan insandan Allaha pənah aparmaq da aiddir. Bəd nəzər, paxıllıq edən şəxsin ruhundan və başqa bir insana öz nəfsini salan kəs tərəfiindən çıxıb həsəd obyektinə istiqamətlənən və bəd nəzərin hədəf alındığı bir ox kimidir. Bəzən bu ox hədəfə dəyir, bəzən isə ondan yan keçir. Əgər hədəf açıq olub müdafiəsiz isə bəd nəzər hədəfə təsir edəcək, lakin hədəf alınan obyekt tədbirli olub silahlanıbsa oxun ona heç bir təsiri olmayacaqdır və hətta buna ilk olaraq təşəbbüs edən nişançıya qayıda bilər.

Zəad əl-Məad əsəri.

Bəd nəzərin təsirləri barədə Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət olunan hədislər var. Məsələn, Səhiheyndə (Buxari və Müslimdə) rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) dedi: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bəd nəzərdən qorunmaq üçün mənə rüqya (Qurandan və Sünnədən bəd nəzərə qarşı oxunacaq hissələr) oxumağı deyərdi.”

Müslim, Əhməd və ət-Tirmizi, İbn Abbasın (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini rəvayət edirlər. “Bəd nəzər həqiqətdir və ilahi qədəri qabaqlayacaq bir şey olsa idi bu bəd nəzər olmuş olardı. Bəd nəzərin təsirindən şəfa tapmaq üçün sizdən qüsl almağınızı istəsələr, qüsl alın.” Ət-Tirmizi bu hədisi səhih olaraq təsnif edib və həmçinin Şeyx Əlbani “əs-Silsilə əs-Sahihə” əsərində (1251) hədisi səhih olaraq təsnif edib.

İmam Əhməd və ət-Tirmizi (2059, bu hədisi səhih olaraq təsnif edib) rəvayət edirlər ki, Ümeysin qızı Əsma demişdir: “Ey Allahın Rəsulu, Cəfərin uşaqlarına bəd nəzər dəyib, onun üçün rüqya oxuyaqmı? O (Ona Allahın salavatı və salamı olsun) dedi: “Bəli oxuyun, çünki ilahi qədərin qarşısını alacaq (və yaxud qabaqlayacaq) bir şey olsa idi bu bəd nəzər olmuş olardı.” Şeyx Əlbani “Səhih ət-Tirmizidə” bu hədisi səhih olaraq təsnif edib.

Əbu Davud rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) dedi: “Başqasına gözü dəyən şəxsə dəstəmaz alması əmr olunmalı, sonra isə bəd nəzər dəyən şəxs həmin su ilə yuyunmalıdır.” Şeyx Əlbani “Səhih Əbi Davud”da bu hədisi səhih olaraq təsnif edib.

İmam Əhməd (15550), Malik (1811), ən-Nəsai və İbn Hibban rəvayət edirlər ki, Səhl ibn Hənif (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bayıra çıxdı və onunla Məkkəyə tərəf yollandı, əl-Cəhfədə əl-Xərar adlı dağ keçidinə çatdılar. Orada Səhl ibn Hənif qüsl aldı, o qəşəng, ağ dərili və gözəl dərisi olan bir kişi idi. Bəni Adiyy ibn Kab qəbiləsindən olan A`mir ibn Rabi`əh qüsl alan əsnada ona baxdı və dedi: “Mən heç vaxt bu qədər gözəl dəri görməmişəm, hətta bakirə birinin dərisi bu qədər gözəl deyil.” Bunu söylədikdə Səhl yerə yıxıldı. Onlar Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) yanına yollandılar və dedilər: “Ey Allahın Elçisi, Səhl üçün bir şey edə bilərsən? Çünki Allaha and olsun ki, o başını qaldıra bilmir.” O (Ona Allahın salavatı və salamı olsun) dedi: “Bununla bağlı kimisə ittiham edirsiniz?” Onlar dedilər: “A`mir ibn Rabi`əh ona baxırdı.” Odur ki, Allahın Elçisi (Ona Allahın salavatı və salamı olsun) A`miri çağırdı və ona şiddətli töhmət verdi. O (Ona Allahın salavatı və salamı olsun) dedi: “Nə üçün axı qardaşınızı öldürürsünüz? Əgər siz qardaşınızda xoşladığınız bir şey görsəniz, bu halda onun üçün xeyir-dua edin (Maşallah söyləyin).” Sonra ona (A`mirə) üz tutaraq: “Onun üçün qüsl al” dedi. Beləliklə, A`mir üzünü, əlllərini, qollarını, dizlərini, ayaqlarının tərəflərini yudu. Qabda yuyunarkən əlini paltarından içəri salaraq yudu. Daha sonra qüsl aldığı suyu digərinin üstünə boşaltdılar və o suyu başının üstündən və arxadan kürəyindən üstünə boşaltdı. O bunu etdi və sonra Səhl ayağa qalxdı və camaata qoşuldu, bundan sonra hər şey qaydasında getdi.

Şeyx Əlbani “əl-Mişkat”da (4562) hədisi səhih olaraq təsnif edib.

Alimlərin əksəriyyətinin rəyi budur ki, bəd nəzər həqiqətən də insanlara dəyir. Bu barədə yuxarıda iqtibas etdiyimiz və digər hədislər varid olub. Eləcə də, buna dəstək verən rəvayətlər və digər dəlillər var.

“Qəbirdəkilərin üçdə bir hissəsinin orada olmasının səbəbi bəd nəzərdir” deyə bəhs etdiyiniz hədisə gəldikdə bu hədisin nə dərəcədə səhih olduğunu bilmirik. Lakin “Neyl əl-Əutər” əsərinin müəllifi deyir ki, əl-Bəzzar bunu həsən bir isnadla Cabirdən (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini rəvayət etmişdir: “Ümmətimdən vəfat edənlərin çoxu Allahın iradəsi və qədəri ilə ölür, daha sonra isə bəd nəzərdən ölürlər.”

Müsəlman bir fərd cinlərdən və insanlardan olan şeytanlardan özünü Allaha güclü iman gətirməklə və Ona təvəkkül etməklə, Ona sığınmaqla və Ona yalvarmaqla, Peyğəmbərin rəvayət etdiyi sığınma dualarını oxumaqla, Quranı Kərimin son iki surələrini Əl-Muəvəzəteyn (Sığınma Surələri), əl-İxlas surəsini, əl-Fatihə surəsini və Ayətil Kürsini oxumaqla qorunmalıdır.

Bəd nəzərdən qorunma dualarına aşağıdakılar aiddir:

Ə`uzu bi kəlimətilləhi-təmməti min şərri mə xaləqə (Yaratdıqlarının şərindən Allahın tam kəlimələrinə sığınıram)

Ə`uzu bi kəlimətilləhi-təmməti min ğadəbihi və `iqəəbihi, va min şərri `ibəədihi və min həməzəətiş-şeytaani və ən yəhduruun (Allahın qəzəbindən və cəzasından, qullarının şərrindən və şeytanların şərli təhriklərindən, onların hazır olmasından Allahın kamil kəlimələrinə sığınıram)

Həmçinin Allahın bu kəlamlarını oxumaq:

“Həsbi Allahu ləə iləəhə illə huvə, `aleyhi təvəkkəltu və huva Rabbu-l `arşıl `azim

“Əgər onlar üz döndərsələr, de: ‘Mənə Allah yetər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!” ət-Tövbə 9:129

Şəriətimizdə buyurulan bu mənada digər dualar var. Bu cavabın başlanğıcında İbn əl-Qeyyimin sitat olaraq gətirildiyi sözlərindən nəzərdə tutulan da budur.

Əgər kiminsə bəd nəzərə düçar olduğu bilinirsə və yaxud bundan şübhə edilirsə, belə olduğu halda gözü dəyən şəxsə əmr olunmalıdır ki, qardaşının yuyunması məqsədilə qüsl alsın. Deməli, bir qab su gətirilir və o əlini qabın içinə salır ağzını yaxalayaraq qaba tökür. Sonra qabdan üzünü yuyur, sonra sol əlini qaba daldırır və sağ dizini yuyur, sonra sağ əlini qaba salaraq sol dizini yuyur. Sonra əlini paltarından içəri salaraq yuyur. Sonra su bəd nəzər dəyənin üzərinə boşaldılır və bir dəfəyə kürəyindən onun üstünə boşaldılır. Sonra inşallah şəfa tapar.

Elmi Tədqiqatlar və Fətvalar üzrə Daimi Heyətin fətvaları, 1/186.

Şeyx Muhəmməd ibn Saleh əl-Üseyminə ünvanlanan sualda belə deyilir:

"İnsana göz dəyə bilərmi? Bunu necə müalicə etmək lazımdır? Gözdəymədən qorunmaq Allaha təvəkkül etmək məsələsinə zidd deyilmi"?

Cavab: Bəd nəzər barədə bizim rəyimiz budur ki, göz dəymə həqiqətdir, həm islami elmlər, həm də həqiqi həyat təcrübəsindən çıxış edərək bu sübuta yetirilib. Allah Təala buyurur:

“Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: ‘O, dəlidir!’– deyirlər.” [əl-Qələm 68:51]

İbn Abbas və digərləri bu ayənin şərhində belə demişdirlər: Ayənin mənası budur ki, onlar bəd nəzəri öz baxışları ilə sizə yükləyirlər. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Bəd nəzər həqiqətdir, ilahi qədərin qarşısını alacaq bir şey olsa idi bu bəd nəzər olmuş olardı. Bəd nəzərin təsirindən şəfa tapmaq üçün sizdən qüsl almağınızı istəsələr, qüsl alın.” Hədisi Müslim rəvayət edib. Ən-Nəsai və İbn Macə rəvayət edirlər ki, A`mir ibn Rabi`əh, Səhl ibn Hənif qüsl alarkən onun yanından keçirmiş…və sözügedən hədisi danışır.

Gerçəklik bunu təsdiq edir və bu danılmaz bir şeydir.

Əgər işdir sizə bəd nəzər toxunarsa bunun üçün şəriətdə tövsiyyə olunan müalicə üsullarından istifadə etmək lazımdır. Bunlar aşağıdakılardır:

1.Rüqya oxumaq. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Rüqya yalnız bəd nəzər dəydikdə və qızdırma olduqda oxunur.” ət-Tirmizi, 2057; Əbu Davud, 3884. Cəbrayıl (Ona Allahın salamı olsun) Peyğəmbər üçün rüqya oxuyaraq belə deyərdi: “Bismilləhi ərqiikə min kulli şeyiin yuuzi-kə, min şərri kulli nəfsin əv `aynin həəsid Allahu yəşfiik, bismilləhi ərqiik (Allahın adı ilə sənin üçün sənə zərər verəcək hər bir şeydən, hər bir nəfsin şərrindən və yaxud paxıl gözdən sənə rüqya oxuyuram, Allah sənə şəfa versin, Allahın adı ilə sənin üçün rüqya oxuyuram)

2.Gözü dəyən insandan qüsl alması xahiş olunur. Necə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) `Amir ibn Rabi`əyə əmr etmişdir. Sonra su bəd nəzərin təsir etdiyi şəxşin üstünə tökülür.

Bəd nəzər toxunduran şəxsin ifrazatına gəldikdə, yəni sidik və nəcis, bu cür etmək üçün heç bir əsas yoxdur. Eynisi onun əşyalarından hər hansı bir şeyi götürməyə də aiddir. Daha doğrusu bu barədə rəvayət olunan yuxarıda qeyd olunduğu kimidir. Yəni, gözü dəyən şəxs əzalarını yuyur və əlini paltarının içərisinə salaraq yuyur və yaxud da baş geyimi və paltarlarından içəri salaraq yuyur. Ən doğrusunu Allah bilir.

Bəd nəzər baş verməzdən öncə buna qarşı ehtiyat tədbirləri görməkdə bir xəta yoxdur. Bu cür etmək Allaha təvəkkül etməyə zidd deyil. Əslində, əsl təvəkkül bax bu cürdür. Çünki, təvəkkülün mənası budur ki, insan şəriətdə icazə verilən və yaxud buyurulan vasitələri, səbəbləri icra etməklə birgə Allaha bel bağlayır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Həsən və Hüseyin üçün sığınma dualarını oxuyaraq belə deyirdi: “U`izukumə bi kəliməət Allah ət-təmməti min kulli şeytanin və həəmmə-h və min kulli `aynin ləəmmə-h.(Allahın kamil, tam kəlimələri ilə hər bir şeytandan, hər zəhərli sürünəndən, hər pis gözdən sizin hər ikiniz barədə sizi Allaha sığındırıram)” Ət-Tirmizi, 2060; Əbu Davud, 4737. Həmçinin Peyğəmbərimiz, Ona Allahın salavatı və salamı olsun, deyərdi: “Bax bu cür İbrahim (Ona Allahın salamı olsun) İshaq və İsmayıl (Onlara Allahın salamı olsun) üçün Allaha sığınma dualarını oxuyardı.

Hədisi Buxari (3371) rəvayət edib.

Şeyx ibn Üseymin, 2/117, 118

Ən doğrusunu Allah bilir.

http://www.islam-qa.com/en/ref/20954