Tövhidin növləri
Sual: Tövhid ər-rububiyyə, tövhid əl-luhiyyə və tövhid əl-əsma vəs-sifət vəz-zat nə məna daşıyır?
Cavab:
Tövhid ər-rububiyyə-Allahın əməllərində, bunlardan məsələn yaratmaqda, ruzi verməkdə, həyat verməkdə və öldürməkdə və s. Onu təkləşdirməkdir.
Tövhid əl-uluhiyyə-Allahı ibadətdə, bunlardan məsələn namazda, orucda, həcc etməkdə, sədəqə verməkdə, and içməkdə, qurban kəsməkdə və.s Onu təkləşdirməkdir.
Tövhid əl-əsma vəs sifət-Allah-Təalanın Özünü və Rəsulunun sallallahu aleyhi və səlləm Onu vəsf etdiyi kimi vəsf etmək, Allah-Təalanın Özünü və Rəsulunun sallallahu aleyhi və səlləm Onu adlandırdığı kimi adlandırmaqdır. (Məxluqata) oxşatmamaq, ad və sifətlərini təhrif etməmək və yaxud inkar etməməkdir.
Daimi Komitənin Fətvaları, Cild 1.səh.20, fətva № 8772
Tərtib edən: Şeyx Əhməd əd-Duveyş


