Lə iləhə illə Allah Muhəmmədun Rəsulullah kəlməsinin mənası

Sual: Lə iləhə illəllah Muhəmmədun Rəsulullah kəlməsinin mənası nədir?

Cavab: Lə iləhə illə Allah və Muhəmmədun Rəsulullah şəhadətini söyləmək İslamın beş əsasından birincisidir.

“Lə iləhə illəllah” kəlməsi Allahdan başqa ibadətə heç kəsin layiq olmadığı mənasını daşıyır.

Eyni zamanda bu kəlmə inkar və təsdiq ifadə edir.

“Lə iləhə” Allahdan başqalarına edilən bütün ibadətlərin inkar edilməsidir.

“İllə Allah” heç bir şərik olmadan, şərik qoşmadan ibadətin bütövlükdə Allaha həsr olunmasıdır.

“Muhəmmədun Rəsulullah”- Muhəmməd (sallallahu aleyhi və səlləmin) gətirdiyini təsdiq etmək, ona iman etmək və söz, əməl, etiqadda buna sadiq olmaq, istər sözdə, əməldə, istərsə də niyyətdə buna zidd olan hər bir şeydən çəkinməkdir …Başqa sözlə ifadə etsək, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmrlərinə tabe olmaq və onun söylədiklərinə, nəql etdiklərinə iman gətirmək, onun qadağan etdiklərindən, inkar etdiklərindən çəkinmək, Allaha yalnız onun əmr etdiyi şəkildə ibadət etməkdir.

Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədin sallallahu aleyhi və səlləm və onu ailəsinin, səhabələrinin üzərinə olsun.