Rübubuyyət tövhidinin həqiqi mənası və buna zidd olanlar.

Sual: Rübubiyyət tövhidinin həqiqi mənası nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Həmd Allaha məxsusdur. Allahın salamı və salavatı Onun Rəsuluna olsun.

bubiyyət vhidi: Allahı yaratmaq, mülkə sahib olmaq, işləri idarə etmək, ruzi vermək, diriltmək və öldürmək, səmadan yağış endirmək və s. bu kimi Öz əməllərində Onu təkləşdirməkdir.

Allahı hər bir şeyin Rəbbi, Məliki, Xaliqi və Rəzzaqı, Dirildən və Öldürəni, Nəfi (fayda verən), Dualara Cavab verməkdə Tək olan, bütün işlərin, bütün xeyirin Onun əlində olduğunu, İstədiyini edən-həmçinin bura qəza və qədərin xeyrinə və şərrinə iman da daxildir-vəsflərə sahib Rəbb, İlah olaraq qəbul etmədikcə qulun tövhidi tamamlanmış sayılmır.

Rəsulullahın (sallallahu aleyhi və səlləm) göndərildiyi müşriklər tövhidin bu növünü təsdiq edirdilər, buna qarşı çıxmırdılar. Əksinə, onlar bunu ümumi olaraq, icmal olaraq təsdiq edirdilər. Allah-Təala buyurur: “Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər”.[1]

Onlar hər bir şeyin Allahın nəzarəti altında və səmaların, yerin hökmranlığının, mülkünün Onun əlində olduğunu qəbul edirdilər.

Bununla, məlum olur ki, bir insanın həqiqi bir müsəlman olması üçün Allahın Təkliyini qəbul etmək hələ bunun üçün kifayət etmir. Daha doğrusu həmin insan bundan qəsd olunanları, bu kəlimənin tələb etdiklərini də təsdiq etməlidir, bu da “Uluhiyyət tövhidi”, yəni Allahı ibadətdə təkləşdirməkdir.

Tövhidin bu növünü-yəni, Rübubiyyət tövhidini-Adəm oğullarından heç kəs inkar etməyib. Heç kim bu dünyada eyni, bərabər iki “Xaliqin” olduğunu söyləmir. Rübubiyyət Tövhidini Firondan başqa heç kəs inkar etməyib. Firon təkəbbürlük və inadından dolayı bunu inkar etdi, hətta -Allah ona lənət etsin-özünün Rəbb olduğunu iddia etdi. Allah-Təala onun barəsində buyurur: “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”[2]

Allah-Təala buyurur: “Firon (istehza ilə) dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir ilah olduğunu bilmirəm”.[3]

Bu onun təkəbbürlüyü idi. Çünki o bilirdi ki, “İlah” özündən başqası (Allah) idi. Necə ki, Allah-Təala buyurur: “(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər”.[4]

Allah-Təala bizə Musanın Fironla mücadiləsindən xəbər verir:

“(Musa da) ona: “Sən bunları məhz göylərin və yerin Rəbbi tərədindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən”.[5]

Göründüyü kimi, Firon özü belə yeganə Rəbbin Allah olduğunu qəbul edirdi.

Eynilə, atəşpərəstlər, məcusilər (zərdüştlər) Rübubiyyət Tövhidini inkar edirdilər. Onlar dünyada iki “aliqin”, xeyir və şərrin olduğunu söyləyirdilər. Bununla belə, onlar bu iki “xaliqi” eyni hesab etmirdilər, daha doğrusu onlar deyirdilər ki, nur zülmətdən xeyirlidir. Çünki nur xeyir yaradır, zülmət isə şərr yaradır. Beləcə, xeyir yaradan şərr yaradandan üstündür, yaxşıdır. Bundan əlavə, zülmət görünmür, mövcud deyil və parıldamır, işıq saçmır, halbuki nur mövcuddur, işıldayır, işıq saçır, ona görə də bu özü-özlüyündə daha kamildir.

Müşriklərin Rübubiyyət Tövhidini qəbul etməsi faktı onların bunu tam, kamil şəkildə yerinə yetirdikləri demək deyil. Əksinə onlar tövhidin bu növünü ümumi olaraq qəbul edirdilər. Necə ki, Allah-Təala yuxarıdakı ayələrdə bunu bizə bildirir. Lakin onların əqidəsində, inanclarında xətalar var idi, bu da onların tövhid anlayışına xələl gətirirdi. Onlar məsələn yağışı ulduzlara nisbət edir, kahinlərin və fala baxanların qeyb haqqında biliklərə malik olduğuna inanır, həmçinin rübubiyyətə dair müxtəlif şirk əməlləri edirdilər. Lakin onların rübubiyyət ilə əlaqədar etdikləri bu xətalar, batil inancları “Tövhid əl-Uluhiyyə” ilə əlaqədar etdikləri yanlış inanclarına müqayisədə məhduddur, kölgədə qalır.

Allahdan diləyimiz budur ki, Onunla görüşənə qədər Onun dininə sadiq olmaqda, dinindən möhkəm tutmaqda bizi sabit-qədəm etsin.

Ən doğrusunu Allah bilir.

Bax: Təysir əl-Əziz əl-Həmid, 33; əl-Qövl, əl-Mufid 1/14

 


[1] əz-Zuxruf, 9.

[2] ən-Naziat, 24.

 [3] əl-Qəsəs, 38.

[4] ən-Nəml,14.

[5] əl-İsra,102.