Peyğəmbərin dövründəki müşriklərin şirki haqqında

Sual: Peyğəmbərin dövründəki müşriklərin şirki haqqında

Cavab: Peyğəmbərin sallallahu aleyhi və səlləmin dövründəki müşriklərin şirki rübubiyyətdə olan şirk deyildi. Çünki Qurani-Kərim göstərir ki, onlar yalnız ibadətdə Allah şərik qoşurdular.

Rübubiyyətdə isə Allahın yeganə Rəbb, darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və s. olduğuna inanırdılar. Allah Azzə və Cəllə rübubiyyəti yalnız Ona aid olmasını təsdiq etmələrini qeyd etmişdir.

Lakin onlar ibadətdə Allaha şərik qoşurdular, Allahla yanaşı başqalarına ibadət edirdilər ki, bu damüsəlmanı dindən xaric edən şirkdir. Çünki tövhid ləfz baxımından da bir şeyi təkləşdirmək mənasını daşıyan bir kəlmədir. Allah Təbarəkə və Təalanın fərdiləşdirilməsi vacib hüquqları vardır. Bu hüquqlar üç növə bölünür:

1.Mülk hüququ;

2.İbadət hüququ;

3.Ad və sifətlər hüququ;

Ona görə də alimlər tövhidi üç hissəyə bölürlər;

Tövhid ər-rübubiyyə; Tövhid əl-əsməu və sifət;

Tövhid əl-ibadə.

Rübubiyyə tövhidi-xəlq etmək, mülk və əmr məsələlərində Allah Təbarəkə və Təalanı fərdiləşdirməkdir. Bu barədə Allah-Təala buyurur: “Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur”[1].

Xəlq etmək, əmr-idarə etməkdir-rububiyyədir və Allah Azzə və Cəlləyə məxsusdur.

Allahdan başqa Xaliq yoxdur.

Allah Azzə və Cəllədən başqa Hökmdar və İdarə edən yoxdur.

Ad və Sifət tövhidi-Allah Təbarəkə və Təalanı Ad və Sifətlərində fərdiləşdirməkdir. Bəndə Allahın Özü haqqında Kitabında və Rəsulunun sallallahu aleyhi və səlləm Onun üçün təsdiq etdiyi Ad və Sifətlərə Allah və Rəsulunun sallallahu aleyhi və səlləm istədiyi şəkildə, Ona layiq olan tərzdə, bənzətməyə yol vermədən iman edir. Çünki Allah Təala üçün bənzərlik olduğu təsdiq etmək şirkdir.

İbadət tövhidi-Allah Təbarəkə və Təalanı ibadətdə təkləşdirməkdir. Yəni, dini Allaha məxsus edərək Ona ibadət etməkdir. Allah-Təala buyurur: “De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur”.[2] Müşriklər tövhidin bu hissəsində, yəni ibadət tövhidində şərik qoşurdular, Allahla yanaşı başqasına ibadət edirdilər. Allah-Təbarəkə və Təala buyurur: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!”.[3] Yəni, Allaha ibadətdə.

Allah-Təala buyurur: “Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”.[4]

Allah-Təala buyurur: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan aşağı (günahları) isə dilədiyi kimsəyə bağışlayar”.[5]

Allah-Təala buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.[6]

Allah-Təala İxlas surəsində buyurur: “De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!”.[7]

İxlas surəsində sözümlə-əməldə ixlası nəzərdə tuturam. Bu əməldə ixlas surəsidir. Bu surə əl-Kafirun adlansa da, əslində əməli ixlas surəsidir. Necə ki, “De: “O Allah Təkdir!” elmdə və əqidədə ixlas surəsidir. Ən doğrusunu Allah bilir.

 

Fətvalar Məcmusu, 1-ci Cild, 3-cü Sual, səh.26-28.

 

 

 

 


[1] əl-Əraf, 54.

[2] Zumər,11.

[3] Nisa,36.

[4] əl-Maidə,72.

[5] Nisa, 48.

[6] Ğafir,60.

[7] əl-Kafirun,1-6

Abunə sistemi

Fətvalara abunə ol

Sayğac sistemi

mod_vvisit_counterBu gün:555
mod_vvisit_counterDünən708
mod_vvisit_counterBu həftə2602
mod_vvisit_counterBu ay12158
mod_vvisit_counterCəmi58853

Hazırda saytda: 27
Bu gün:22 Fevral , 2012

Statistika

İstifadəçilərin sayı : 58
Fətvaların sayı : 975
Fətvalara baxış sayı : 105077
Web Links : 6