Kim Allahdan başqa birinin kainatı idarə etdiyinə etiqad edərsə, kafirdirmi?
Sual: Bir kəs Allahdan başqa biri tərəfindən kainatın idarə edilidyinə inanarsa, o kafirdirmi?
Cavab: Həmd Allaha məxsusdur.
Müsəlmanlar etiqad edirlər ki, kainatın yeganə idarəçisi Allahdır. Məxluqatın bütün işlərini idarə edən Allahdır. Bu məsələ Tövhid əl-Rububiyyə[1] başlığına aiddir. Rübubiyyət Allahdan başqa Xaliq, Allahdan başqa Məlik olmadığına, Allahdan başqa işləri idarə edənin olmadığına etiqad etməkdir. Kim başqa cür etiqad edərsə kafirdir.
Bütlərə və heykəllərə ibadət edən müşriklər Allah-Təalanın bütün məxluqların işlərini idarə etdiyini təsdiq edirdilər.
Allah-Təala buyurur: “De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz?”.[2]
Fətvalar üzrə Daimi Komitənin alimlərinə verilən sualda deyilir: Allahdan başqa kiminsə kainatı idarə etdiyinə etiqad edən kəs kafirdirmi?
Cavab: Bunu etiqad edən kafirdir. Çünki o, Rübubiyyətdə Allaha şərik qoşmuşdur. Beləcə həmin şəxs, Allaha Uluhiyyətdə[3] şərik qoşan bir çox müşriklərdən də şiddətli küfr etmişdir.
Allah müvəffəq etsin! Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun!
Rəis müavini: Abd ər-Rəzzaq əl-Əfifi
Rəis: Abd əl-Əziz ibn Abdulla ibn Bəzz.
Rübubiyyət tövhidi (158)
Kainatın (Aləmin) idarə olunması
9272 –i fitvanın birinci sualı
[1] Allahın Rəbliyinin Təkliyi.Tərcüməçinin qeydi: Allahı Öz Əməllərində təkləşdirmək-məsələn yaratmaq, ruzi vermək, yağış yağdırmaq və s.
[2] Yunus,31.
[3] Uluhiyyət-İnsanın öz ibadətlərində-məsələn, dua, namaz, oruc, zəkat, həcc, sədəqə vermək və s. Allahı təkləşdirməsi.


