Cindən qorumaq üçün körpə uşağın üzərinə bıçaq qoymaq

Sual: Bəzi insanlar uşaqlarının üstünə (cindən, göz dəymədən və s. qorunmaq məqsədilə) bıçaq qoyaraq: “Bu cinin ona yaxınlaşmaması üçündür”-deyirlər və bunun şahidi olmuşam. Bu cür əməllər nə dərəcədə doğrudur?

Cavab: Bu təkzib olunan, batil bir əməldir və buna dair səhih, etibarlı bir mənbə yoxdur. Bu cür etmək qadağandır. Şəriətdə icazəli verilən hər bir şeydən və bəladan Allah-Təalanın kamil kəlamlarına[1] sığınmaqdır. Bu Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sabit olmuşdur. O (sallallahu aleyhi və səlləm) bu kəlamlarla (Əuzu bi kəlimətilləhi-t-təmməti min kulli şeytanin və həmmə)[2] öz nəvələri Həsən və Hüseyn ibn Əli üçün onları oxuyaraq Allaha sığındırardı. Allah -Təalanın uşaqları hər cür şərdən, şeytandan qoruması üçün Ona dua etmək olar.

Lakin bıçaq qoymaq və yaxud buna bənzər şeylər, dəmir, taxta və yaxud digər maddələr qoyaraq və bunların onu cindən qorumasına etiqad etmək məsələsinə gəldikdə, bilin ki, bu, Şəriətdə qadağan olunan haram, şər bir əməldir.

Həmçinin bu hökmə gözmuncuğu asmaq da daxildir. Buna ərəb dilində ət-təməim deyilir. Bu haramdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Hər kim ət-təməim (göz muncuğu və s.) assa, Allahın onun işini tamamlamasın”.[3]

Başqa bir rəvayətdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: “Hər kim təməim (gözmuncuğu və buna bənzər şeylər) taxsa şirk etmişdir”.[4]

Allah-Təala müsəlmanlara dinlərini başa düşməkdə onlara anlayış bəxş etsin və onları dinlərində sabit-qədəm etsin. Öz nəfislərimiz və onlar üçün Onun pak Şəriətindən fərqli olan hər bir şeydən Ona sığınırıq.

Qadınlara dair İslami hökmlər-Darussalam səh.39-40

 


[1] Qurani Kərimdə-Fələq, Nəs surələri və Sünnədə (hədislərdə varid olan dualar) və.s.

[2] -Hər cür şeytandan və bəladan Allahın kamil sözlərinə sığınıram.

[3] İmam Əhməd, İbn Hibban və digərləri rəvayət etmişdir.

[4]  İmam Əhməd, Hakim rəvayət etmişdir.