Allahdan başqasına and içmək

Sual: “Allahın adına yalandan and içmək Ondan başqasının adına həqiqətən and içməkdən daha sevimlidir”-kəlamı hədisdir, yoxsa sələfdən nəql olunan rəvayət? Həmçinin xahiş edirik bunun mənasını da bizə başa salasanız.

Cavab: Bu hədis deyil. Daha doğrusu bu İbn Məsudun (radiyallahu anhu) sözüdür. O demişdir: “Allaha yalandan and içmək mənə Ondan başqasına doğurdan and içməkdən daha sevimlidir”. Belə ki, Allaha and içmək Tövhiddir və bu (insan) yalan danışsa da, hələ də Tövhid əhlidir, yalan danışmağın günahı ilə birlikdə Tövhidin fəzilətindən xəbər verir. Allahdan başqasının adına içilən doğru anda gəldikdə, bu doğru danışmağın, doğru olmağın fəzilətindən və lakin şirkin günahından, şərindən xəbər verir. Şirk, yalan danışmaqdan daha böyük və daha şərlidir. Bu da İbn Məsudun fəhmindən[1]  bəhs edir.

Əqidətul Həc fi Zəvil Kitəb vəs-Sünnə, səh.31, sual 16

 


[1] Bəsirət və anlayışı.