Zul-Xuveysira səhabədir yoxsa Xəvaric?

Sual: Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) “ədalətli ol”-söyləyən (Zul Xuveysira ət-Təmimi) səhabə sayılır yoxsa xəvaric? Onu da qeyd edim ki, o Peyğəmbərə (sallallahu aleyhi və səlləm) qarşı asilik və İslam dairəsindən onu xaric edən əməl etməmişdir.

Cavab:

Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) “sən ədalətli deyilsən”-söyləyən şəxsin bu sözü artıq onun asiliyinin  müjdəçisidir, ondan xəbər verir. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) qarşı üsyan etdiyini Peyğəmbəri (sallallahu aleyhi və səlləm) xainlikdə ittiham etməsindən başa düşə bilərik. Xəvaric tayfasından olmaq üçün silah daşımaq şərt deyil, daha doğrusu bir insan böyük günah işlədiklərinə görə müsəlmanların kafir olduğuna etiqad edərsə, həmin insan xəvaric olur və onların məzhəbindədir. Öz xütbələri və yazıları ilə insanları müsəlmanların rəhbərinə qarşı üsyan etməyə təhrik edirsə, qızışdırırsa o kəs hətta qılınc qaldırmasa belə bilmək lazımdır ki, bu xəvariclərin məzhəbidir. Həmçinin bilmək lazımdır ki, xəvariclərin növləri çoxdur. Onların arasında silah daşıyanlar, sözügedən şəxsin (Zul Xuveysiranın) Peyğəmbərə (sallallahu aleyhi və səlləm) söylədiklərinə bənzər sözlər söyləyənlər və bu barədə (xəvaric etiqadı, yolu haqqında) yazanlar var. Qəlbləri ilə buna etiqad edən, lakin dili ilə bunu ifadə etməyən və ya heç bir şey etməyən, bununla belə əqidəsində və qəlbində xəvaric əqidəsində olanlar onların növlərindəndir. Bununla belə onlardan bəziləri digərlərindən daha şiddətlidir.

“Əl-icəbə əl-muhimmə fi məşəkil əl-muzləhimə “, Muhəmməd bin Fəhd əl-Hüseyn