Qeyri-müsəlman birinin kəlimeyi şəhadəti söyləməsi üçün şahidlər tələb olunur?
Sual: Qeyri-müsəlman biri İslam dinini qəbul etmək istəyirsə, iki müsəlmanın ona şahidlik etməsi vacibdir yoxsa bir müsəlmanın şahidlik etməsi kifayətdir?
Cavab: Bu şərt deyil. Kəlimeyi şəhadəti tələffüz edir (Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən Rəsulullah-Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq Məbud yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun Rəsuludur) və islama daxil olur. Şahidlərə ehtiyac yoxdur. Lakin sadəcə təsdiqləmək nöqteyi-nəzərindən şahidlər ola bilər, bununla belə kəlimeyi şəhadətin səhih[1] olması üçün şahidlərin iştirakı şərt deyil.
[1] Etibarlı.


