Quranı təcvidlə oxumaq barədə hökm

Sual: Möhtərəm şeyx! Bəzi təcvid alimləri deyirlər ki, Qurani-Kərimi təcvidlə oxumaq vacibdir. Bu söz nə dərəcədə doğrudur?

Cavab: Doğrusu Quranı təcvidlə oxumaq vacib deyil, qiraəti gözəlləşdirmək üçündür. Əgər insan oxuyarkən hərfləri aydın şəkildə oxuyub hərəkəni olduğu kimi tələffüz edirsə bu kifayətdir. “Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!”[1] ayəsinin mənasına gəlincə, burada məqsəd təcvidlə oxu deyil, aramla oxudur”.[2]

 


[1]  əl-Müzəmmil, 4.

[2] Liqa bab əl-məftuh, 6.