Onlar kar, lal və kordurlar, doğru yola qayıtmazlar
Sual: Aşağıdakı ayənin açıqlaması necədir?
“Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar”.[1]
Cavab: Bu xüsusiyyətlər Qüdrətli Allahın münafiqləri vəsf etdiyi üç sifətdir:
Kardırlar- onlar haqqı dinləmirlər, ona qulaq asmırlar və yaxud haqqı eşitmirlər;
Laldırlar-onlar haqqı söyləmirlər;
Kordurlar-onlar haqqın nə olduğunu görmürlər və yaxud onlar (məsələlərə) haqq tərəfdən baxmırlar.
Onların (görmək, eşitmək, danışmaq) qabiliyyətləri beləcə elmə yiyələnməkdən pərdələnib (elm almalarının qarşısı alınır), onlar sərsəri həyat sürməkdən və öz nifaqlarından dönməzlər.
Fətəvə İsləmiyyə, cild 7, səh.124, DARUSSALAM
[1] əl-Bəqərə,18.


