Möminləri gördükdə isə deyirdilər: Həqiqətən, bunlar azmışlardır!

 

Şeyx ibn Üseymin (Allah ona rəhmət etsin) demişdir:

29 Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,

30 Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,

31 Öz ailələrinin yanına fərəhlə qayıdırdılar,

32 Möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!” [əl-Mutaffifun 83:29-32]

“Həqiqətən, bunlar azmışlardır!”, yəni doğru yoldan azmışlar və onlar geri qalıblar, dar-düşüncəlidirlər və sərtdirlər, həddi aşırlar və digər bu cür ləqəblər. Həmin insanların bizim dövrümüzdə də varisləri (xələfləri) var.

Bəzi insanlar yaxşı, xeyirxah insanlar barədə belə deyirlər: “Onlar geri dönüblər və inkişafdan geri qalıblar, dindar bir insan barədə deyirlər ki, o çox dərinə gedir, şiddətlidir, sərtdir və dar düşüncəlidir.

Hətta bütün bunlardan daha pisi budur ki, onlar Peyğəmbərlər barədə onların sehrbaz və yaxud məcnun olduğunu söyləyirdilər. Allah təala buyurur: “Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.” [Əl-Zariyat 51:52]

Peyğəmbərlərin varislərindən olan alimlər və dindarlar, peyğəmbərlərin düşmənlərindən çəkdiyi kimi əziyyət verici ləqəblər və məsxərə və buna bənzər şeylər ilə qarşılaşacaqlar.

Bu ləqəblərdən biri budur ki, bidət əhli və Allahın sifətlərini inkar edənlər, sələfdən Allahın sifətlərini isbat edənləri mücəssimə (Allahın fiziki varlıq, cism olduğunu söyləyənlər), müşəbbihə (Allahı məxluqatına oxşadanlar) olmaqda ittiham edərək ləqəblər qoyur, bu ləqəblərlə insanları doğru yoldan uzaqlaşdırırlar.

Açıq Görüş (Nömrə 30)