Quranın tərcüməsini oxumağa görə əcr yazılırmı?
Sual: Əs-sələmu aleykum. Sözün doğrusu sizin qeyd etdiyiniz hədislə əlaqədar sual vermək istəyirəm. Hədisdə deyilir: “Kim Allahın Kitabından bir hərf oxuyarsa ona bir həsənət yazılar. Bir həsənət on mislindədir. Mən “əlif, ləm, mim”-bunlar bir hərfdir demirəm. Əksinə, əlif bir hərf, ləm bir hərf, mim bir hərfdir”. Mənim üçün maraqlıdır, görəsən bu hədis başa düşmək məqsədilə həmçinin Quranı ərəb dilindən başqa bir dildə məsələn ingilis dilində oxuyana da aiddir? Təşəkkür edirəm.
Cavab:
Həmd Allaha məxsusdur.
Sizdə olan bu maraq-həvəsə görə Allahdan diləyimiz budur ki, sizə əcr-savab versin. Sizin sualınıza cavab olaraq deyirik ki, bu hədisdə bəhs olunan savab yalnız Quranı ərəb dilində oxuyan şəxsə yazılır. Başqa bir dildə Quranın mənaca tərcüməsini oxuyana həmin savab yazılmır. Bununla belə, bir kəs mənası üzərində düşünmək və Qurandakı ayələrdən faydalanmaq üçün mənaca tərcüməsini oxuyursa bu əməlinə görə ona savab yazılır. Onun savabı Allah dərgahındadır. Çünki müsəlman Quranın təfsirini oxumasına görə savab qazanır və tərcümə təfsirdir. Lakin Quranın tərcüməsini oxuyanın hədisdə qeyd olunan savabı qazanacağına dair bir dəlil yoxdur.
Allahın lütfü çox böyükdür. Ən doğrusunu Allah bilir.
http://islam-qa.com/ar/ref/2589







