Qurani Kərimin müshəflərini buraxan mətbu evində kafirlərin işləməsi
Sual: Müshəflərin buraxıldığı mətbu evində bəzi kafirlər işləyir və müshəfə toxunurlar. Bu barədə hökm nədir? Halbuki bu işi görmək üçün digər işçilər var.
Cavab:
Həmd Allaha məxsusdur.
Əgər onları bundan çəkindirməyə gücünüz çatırsa bunu edin. Əgər sizin onların üzərində hər hansı səlahiyyətiniz varsa, onların qarşısını alın. Qurani Kərimə müsəlmandan başqası toxuna bilməz. Lakin sizin hər hansı səlahiyyətiniz yoxdursa, o zaman onların qarşısını almağa cəhd etməyin, bunun sizə heç bir zərəri yoxdur. Bunun günahı onlara bu işi görməyə icazə verən dövlətin üzərinədir. Sitatın sonu.
İbn Bəzz, “Fətvalar Toplusu”, 24/339


