“Xurma olmayan evin əhli (camaatı) ac qalar (acdır)” hədisinin şərhi

Sual: “Xurma olmayan evin əhli (camaatı) ac qalar (acdır)” hədisi nə dərəcə səhihdir?

Cavab: Həmdü-sənalar Allaha məxsusdur.

Bu hədis səhihdir. Hədisi Müslim “Səhih” əsərində rəvayət etmişdir. Elm əhlinə görə bu hədisin mənasını “yeməkləri (qidası) xurma olan camaata” aid olduğu şəklində başa düşmək lazımdır. Məsələn, Peyğəmbərin sallallahu aleyhi və səlləmin dövründə Mədinə camaatı və başlıca yeməkləri xurma olan digər kəslər.

Tövfiq Allahdandır. Sitatın sonu.

İbn Baaz, Fətvalar Toplusu (25/280)