Yəhudilər ilə döyüş barədə hədislər səhihdir?

Sual: Bir vaxt gələcək ki, müsəlmanlar yəhudilər üzərində müzəffər olacaqlar, belə ki, arxasında yəhudi gizlənən daş “Mənim arxamda yəhudi var, gəl onu öldür” deyə səslənəcək. Bu hədis səhihdirmi?

Cavab: Həmdü sənalar Allaha məxsusdur.

İbn Ömərin, Allah ondan razı olsun, belə söylədiyi rəvayət olunur:

“Mən Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə söylədiyini eşitdim:

“Yəhudilər sizinlə vuruşacaq və siz onlara qalib gələcəksiniz, sonra bir daş deyəcək: “Ey müsəlman! Ey Allahın qulu! Mənim arxamda yəhudi gizlənib. Gəl onu öldür!” (Səhih Buxari, 3593)

Həmçinin İbn Ömər, Allah ondan razı olsun, Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə söylədiyini rəvayət etmişdir: “Yəhudilər sizinlə vuruşacaq və siz onlara qalib gələcəksiniz, ta ki daş: “Ey müsəlman! Mənim arxamda yəhudi gizlənib. Gəl onu öldür!” deyəcək”.

Hədisi İmam Əhməd və Tirmizi rəvayət etmişdir və həsən səhih olduğunu bildirmişlər.

Eləcə də İbn Ömərin belə söylədiyi rəvayət olunur: “Mən Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə söylədiyini eşitdim: “Dəccal Məriqanat yaxınlığında bu gölə enəcəkdir və onlara tabe olanların əksəriyyəti qadınlar olacaqdır. O qədər ki, bir kişi öz həyat yoldaşı, anası, qızı, bacısı və yaxud (bibisi)nin yanına gedib onları bağlayacaq ki, onlar dəccala qoşulmasınlar. Sonra Allah müsəlmanlara onun üzərində qələbə bəxş edəcək, müsəlmanlar onu və dəstəsini öldürəcəklər, ta ki, bir yəhudi ağacın və yaxud daşın arxasında gizlənəcək, ağac və ya daş müsəlmana səslənəcək: “Mənim arxamda yəhudi gizlənib. Gəl onu öldür!”.

Hədisi İmam Əhməd “Müsnəd” əsərində rəvayət etmişdir. Həmçinin hədisi İbn Macə bunu Əbu Umamə əl-Bəhilinin Peyğəmbər sallallahu aleyhi və səlləm istinadən dəccal barədə hədisinu rəvayət etmişdir”.

Tövfiq Allahdandır. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun əhli beytinə və əshabələrinə olsun.

Daimi Komitənin Fətvalar Toplusu,3/91