“Hüseyin Məndəndir, Mən Hüseyndənəm”hədisi nə dərəcədə səhihdir?
Sual: Universitetin yanında zahirən İslami görünən bir köşkün yanından keçirdim. Plakatlar və kitabların üstündəki yazılara xüsusi diqqət yetirməyi öyrənmişəm. Çünki bir dəfə yaxşı təqdim olunan İslami bir köşk görmüşdüm və sonra bunun Əhmədiyyə təriqətinə aid olduğu aşkar oldu. Çünki orada Mirzənin böyük portreti var idi. Nə isə “Səqəleyn”adlı birinə də rast gəldim. Bu dəstə barədə əvvəllər eşitməmişəm. Onlar kimlərdir? Həmçinin onlar “Hüseyn Məndəndir, Mən Hüseyndənəm” yazısını yazıblar. Bu hədis bir çox mənbələrdə, o cümlədən İmam Əhməd ibn Hənbəl, ət-Təbərani və Mişkat əl-Məsəbihdə rəvayət olunub. Bu hədis səhihdirmi?
Cavab:
Həmd Allaha məxsusdur.
Qeyd etdiyiniz hədisi Tirmizi (3775), İbn Macə (144), İmam Əhməd (17111) Yəla ibn Murraya (Allah ondan razı olsun) istinadən rəvayət ediblər. Hədisdə deyilir: “Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: “Hüseyin Məndəndir, Mən Hüseyindənəm. Hüseyini sevəni Allah sevsin. Hüseyin mənim nəvələrimdən biridir”.[1]
Bu hədis Hüseyinin (Allah ondan razı olsun) fəzilətlərini göstərir.
Əhli-Sünnə Hüseyini sevir və ona ehtiram göstərir, onu özlərinki hesab edir və onun Cənnətlik olduğuna şahidlik edir, lakin onlar Rafizi və Şiələr kimi həddi aşmırlar.
Deməli:
- Əhli-Sünnə Allahdan istəmək əvəzinə Hüseyindən istəmirlər;
- Əhli-Sünnə onun məsum olduğuna yaxud qeybi bildiyinə inanmır;
- Əhli-Sünnə Peyğəmbərin əshabələrinə nifrət etmirlər və onlardan hər hansı birini kafir hesab etmirlər;
- Əhli-Sünnə Əbu Bəkrə, Ömərə, Aişəyə yaxud səhabələrdən hər hansı birinə dil uzatmır;
Qeyd etdiyiniz Səqəleyn qrupunun Şiə qrupu olma ehtimalı var, odur ki, bundan ehtiyatlı olun və Əhli-Sünnə və Camaatın yoluna tabe olun.
Allahdan diləyimiz budur ki, bizə və sizə kömək olsun, hidayət etsin.
Ən doğrusunu Allah bilir.
http://islam-qa.com/ar/ref/166438
[1] ət-Tirmizi və Şeyx əl-Albani bu hədisi həsən deyə təsnif edib.


