Məsciddə müntəzəm olaraq namazlarda iştirak edirsə, mömin olduğuna şahidlik etmək
Sual: Hədisdə rəvayət olunduğu kimi məsciddə müntəzəm olaraq namazlarda iştirak edən şəxsin mömin olduğuna şahidlik etmək olar?
Cavab: Həmd Allaha məxsusdur.
Bəli, sözsüz ki, məsciddə camaat namazlarında iştirak edən kəsin bu əməli imanın əlamətidir. Çünki onun evindən çıxmasına və zəhmət çəkərək məscidə getməsinə yeganə səbəb Allah Azzə və Cəlləyə olan imanıdır.
“Hədisdə rəvayət olunduğu kimi” sözünə gəlincə, bu Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) rəvayət olunan aşağıdakı hədisdir: “Kimin daim məscidə getdiyini görsəniz, onun mömin olduğuna şahid olun”.
Lakin bu hədis zəifdir, səhih deyil.
Fətvalar, 1/55


