Quranla Qüdsi hədis arasında fərq
Sual: Qüdsi hədislə hədis arasanda fərq nədir? Həmçinin, Quranla Qüdsi Hədis arasında fərq nədir?
Cavab: Qüdsi Hədis Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Allah Azzə və Cəllədən Allah Təalanın Öz Kəlməsi və Öz mənası ilə rəvayət etdiyi hədisdir. Qüdsi olmayan hədisin mənası Allah-Təaladan olan vəhydir və sözləri isə Allah Rəsulunundur. Necə ki, Allah-Təala buyurur:
“3- O, öz istəyi ilə danışmır.
4- Bu, ona təlqin edilən bir vəhydir”.[1]
Quranla Qüdsi Hədis arasında bir sıra fərqlər var:
Birincisi: Quran möcüzədir və qüdsi hədis isə ləfzi etibarilə möcüzə deyil.
İkincisi: Quranın tilavəti ibadətdir, lakin qüdsi hədisi tilavət etmək ibadət deyil.
Üçüncüsü: Quran mütəvatirdir, lakin qüdsi hədisin mütəvatir olması heç də vacib deyil.
Dördüncüsü: Qurana yalnız dəstəmazlı halda toxunmaq lazımdır, lakin qüdsi hədisə dəstəmazsız da toxunmaqda bir xəta yoxdur.
[1] ən-Nəcm,3.


