“Gecənin qanadları yayıldıqda və ya gecə gəldikdə uşaqlarınızı içəri salın… və çıraqları söndürün” hədisi
Sual: Buxarinin rəvayət etdiyi səhih hədisdə: “Gecənin qanadları yayıldıqda və ya gecə gəldikdə uşaqlarınızı içəri salın”. Sonra deyilir: “Çıraqları söndürün”. Burada bildirilən əmrlər fərz mənasındadır, yoxsa tövsiyyədir? Əgər tövsiyyədirsə, elə isə bunu vacib olmaqdan çıxaran dəlil nədir?
Cavab:
Bu hədisdə qeyd olunan əmrləri elm əhlindən əksəriyyətinin sözlərinə əsasən tövsiyyə və məsləhət kimi başa düşmək lazımdır. Necə ki, bu məsələ İbn Müflihin “əl-Furu” (1/132), əl-Hafiz ibn Həcərin “Fəth əl-Bari” (11/97) və digər əsərlərdə bir çox elm əhli tərəfindən sübuta yetirilmişdir. Daha doğrusunu Allah bilir. Sitatın sonu.
Daimi Komitənin Fətvaları (26/317)


