“Qardaşınız üçün yetmiş üzr axtarın” hədisi səhihdir?

Sual: “Qardaşınız üçün yetmiş üzr axtarın” hədisi səhihdir?

Cavab: Həmdü-sənalar Allaha məxsusdur.

Bu hədis barədə hər hansı bir əsasın olduğu bizə məlum deyil. Mömin üçün məşru olan budur ki, qardaşı ondan üzr istədikdə imkan daxilində qardaşına ehtiram göstərsin və onun irəli sürdüyü üzrü qəbul etsin və hər bir halda mümkün qədər onun haqqında yaxşı zənn etsin. Bunu edərkən könüllərin inciklikdən, nifrətdən xali olmasına həris olmalı və insanların sözlərinin bir olmasına və xeyir işlər görməkdə yarışmalarına rəğbət göstərməlidir. Ömərin, Allah ondan razı olsun, belə söylədiyi rəvayət olunur: “Qardaşınızdan sadir olan söz barədə pis zənn etməyin, onun söylədiyi sözlərin xeyir olduğunu düşünməyə imkan olduğu halda onun haqqında pis düşünməyin”. Sitatın sonu.