“Din başqaları ilə rəftardır” hədisi

Sual: Din sizin başqaları ilə necə rəftar etməyinizdir hədisi səhihdirmi?

Cavab: Həmd Allaha məxsusdur.

Peyğəmbərdən sallallahu aleyhi və səlləm belə bir hədis nəql olunmayıb və Sünnə kitablarında bu hədisə dair heç bir əsas yoxdur.

Şeyx Albani (Allah ona rəhmət etsin) “Silsilət əl-Əhədis əl-Daifə” əsərinin beşinci cildinin müqəddiməsində, səh.11-də bu hədisi qeyd etmişdir. Hədis barəsində demişdir:“Bunun heç bir əsası yoxdur, hətta “uydurma” hədislər arasında belə bu hədis qeyd olunmur! Sitatın sonu.

Şeyx İbn Bəzdən (Allah ona rəhmət etsin) bu hədis barəsində soruşmuşduqda belə cavab vermişdir:

“Bu, hədis deyil, insanların kəlamıdır. Sitatın sonu.

Ən doğrusunu Allah bilir.