Mehr qadının haqqıdırmı?

Sual: Bir şəxs evlənmək üçün öz qızının və yaxud bacısının mehrindən istifadə edə bilər?

Cavab: Qızının və yaxud bacısının mehri qadının haqlarından biridir və onun mal-dövlətinin bir hissəsidir. Qadın hədiyyə kimi mehri və yaxud bunun müəyyən bir hissəsini könüllü surətdə və öz istəyi ilə verirsə, bu cür təklifi etmək üçün şəriət baxımından buna səlahiyyəti varsa, o zaman kişi mehri götürə bilər. Əgər qadın bunu hədiyyə kimi vermirsə, kişi bunu və yaxud bir hissəsini götürə bilməz, çünki bu xüsusi olaraq qadına məxsusdur.

Bununla belə, ata mehrin müəyyən hissəsini götürə bilər, lakin bir şərtlə ki, bunu götürərkən qadına zərər dəyməməli və ata xüsusi olaraq uşaqlarının bəzilərindən götürməli deyil. Bu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) kəlamına əsaslanır. Aişəyə (radiyallahu anhə) istinadən rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Kişinin yediyi şeylər içində ən yaxşısı öz qazancındandır, oğlu onun qazancındandır”.[1]

Müvəffəq edən Allahdır. Allahın salamı və salavatı peyğəmbərimizə sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

 

 


[1] Əbu Davud (3528) rəvayət etmişdir və Şeyx Albani “Səhih Əbi Davud” əsərində hədisi səhih deyə təsnif edib.