Dayıqızı, xalaqızı, bibiqızı mənim yanımda örtünməlidirmi?
Sual: Anası eyni ölkədə yaşamasına baxmayaraq dayım qızı anamın və atamın yanında böyüyüb. Bununla belə anam heç vaxt dayım qızın əmizdirməyib. Dayım qızının mənim yanımda örtünməsi vacibdirmi?
Cavab:
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:
“Bir kişi bir qadınla baş-başa qalarsa, üçüncüsü şeytan olar”. Bir nəfər soruşdu: “Ey Allahın Rəsulu! Hamu[1] necə? O dedi: “Qayın ölümdür”.
“Hamu” ərin qardaşıdır. Bu baxımdan əmi oğlu və xala oğlu da eyni hökmə tabe tutulur. Qadın onların yanında örtünməli və bütün naməhrəm kişilərin yanında hicab geyinməlidir. Sual verən, yəni bibi oğlu da naməhrəm sayılır.
[1] Qayın.


