Məhrəm üçün lkin şərtlər hansılardır?
Sual: Oğlumun doqquz yaşı var. O mənim üçün məhrəm sayılır. Çünki onunla səyahətə çıxmışam. Bu cür etməkdə bir xəta var?
Cavab: Məhrəm məsələsinə gəldikdə alimlər bununla əlaqədar iki şərtin olmasının vacib olduğunu qeyd etmişlər:
1.Həddi-büluğ yaşına çatması;
2. Ağıllı olması
Deməli hələ həddi-büluğ yaşına çatmayıbsa, o zaman məhrəm sayılmır. Kim əqli cəhətdən inkişaf etməyibsə onun məhrəmliyi doğru deyil. Çünki məhrəmin olmasında məqsəd zövcənin qorunması, ona qarşı yönələcək hər hansı bir hücumun qarşısını almaqdır. Aydın məsələdir ki, gənc uşaq bu vəzifələrdən hər hansı birini yerinə yetirmək iqtidarında deyil.
Ona görə də sual ilə əlaqədar demək istəyirəm ki, qadın niyyət etdiyi yerə çatıbsa, əri onu götürməyə gəlib və özü ilə aparmayınca geri qayıtmamalıdır. Alternativ budur ki, qadın mərhəmlərindən (ata, qardaş və s.) -həddi-büluğ yaşına çatanlar və əqli baxımdan dərrakəli biri ilə səyahət edə bilər. Doqquz yaşına çatan gənc uşağa gəldikdə o zaman sözügedən uşaq qadın üçün məhrəm sayıla bilməz.
İləm əl-Muəsirin bi Fətəvə ibn Üseymin, səh.58


