Kişi zövcəsi ilə hamamda cinsi əlaqədə ola bilərmi?

Sual: Şəriətə görə kişi öz xanımı ilə hamamda cinsi yaxınlıq edə bilərmi? Bəzi insanlar zövcələri ilə hamamda çimirlər və şəhvət hissləri təhrik olunur. Cavabınızı gözləyirik.

Cavab:

Həmd Allaha məxsusdur.

Əziz qardaşım. Allahdan diləyimiz budur ki, sizə xeyir işləri görməkdə kömək olsun və haram etdiklərinə ehtiyacınız olmaması üçün sizi halalla qane etsin. Sualınızda keçən məsələlərə aşağıdakıları qeyd etməklə cavab vermək olar:

1.Sizin ölkənizdə olduğu kimi müasir mənzillərdə müasir duşxana növləri keçmişdə insanların öz təbii ehtiyaclarını qarşılamaq üçün istifadə etdiklərindən çox fərqlidir. Həmin yerlərdə tullantı, çirk və zibil toplanırdı. Müasir duşxanalar isə bu cür deyil. Əksinə bunları təmiz saxlamaq olur və orada heç bir nəcasət yoxdur. Ona görə də, bu yerlər insanların keçmişdə özlərinin təbii ehtiyaclarını qarşılamaq üçün istifadə etdikləri yerlər kimi deyil və bunların arasında açıq-aydın fərqlər var. Odur ki, qeyd etdiyiniz şəkildə ehtiyac olarsa bu cür yerlərdə cinsi istəkləri yerinə yetirməmək üçün heç bir real səbəb yoxdur.

2.Kişinin öz xanımı ilə cinsi istəklərini gerçəkləşdirməsi çox vaxt stimulyasiya (qıcıqlandırma) nəticəsində baxmaqla yaxud toxunmaqla və s. baş verir. Nəticədə bu cür vəziyyətlərdə cinsi istəklər təhrik olunduqda bunu yerinə yetirmək müsəlmanın öz iffətini qoruması və baxışlarını aşağı dikməkdən sayılır. Müslimin Cabirə istinadən rəvayət etdiyi hədisə əsasənn Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə bunu öyrətmişdir. Hədisdə deyilir: “Şeytan qadın surətində gələr və qadın surətində gedər. Biriniz bir qadında xoşuna gələn bir şey görsə, dərhal zövcəsinə yaxınlaşsın. Çünki bu nəfsində oyanan ehtiyacı aparır”.[1] Abdullah ibn Əbi Əvfaya istinadən onun belə söylədiyi xəbər verilir: “Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Bir qadın əri qarşısındakı bütün haqlarını yerinə yetirmədikcə Allah Azzə və Cəllə qarşısındakı bütün haqlarını yerinə yetirmiş sayılmaz. Qadın hətta dəvənin belində olsa belə kişi ondan kəbinlik haqlarını tələb edərsə ona qarşılıq verməlidir”.[2]

3. Eyni zamanda müsəlman onun şəhvəti təhrik olunduqda iffətli qalmaq, təmiz və mübah olandan faydalanmağa niyyət etməyi yadında saxlamalı və unutmamalıdır. Həm də bu cür etmək onun üçün sədəqə və yaxşılıq sayılır.  Bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: “Cinsi yaxınlığa görə də sizə sədəqə yazılır”. Onlar dedilər: “ Ey Allahın Rəsulu, bizdən kimsə öz şəhvətini söndürür və buna görə ona savabmı yazılır? O dedi: “Bunu haram yolla etsə ona günah yazılacağını düşünmürsünüzmü? Deməli, bunu halalı ilə edərsə buna görə ona savab yazılar”.[3] Həmçinin bu halda kişi Peyğəmbərə sallallahu aleyhi və səlləm istinadən rəvayət olunan duanı oxumalıdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: “Zövcənizlə cinsi yaxınlıq etmək istədikdə bu duanı oxuyun: “Bismilləh, Allahummə cənnibnə-ş-şeytana və cənnibiş-şeytana mə rəzəqtənə”[4]. Daha sonra əgər qədərdə onlar üçün bu əlaqədən uşaq olacağı yazılıbsa şeytan ona qəti zərər verə bilməz”.[5]

Allah sizi müvəffəq etsin, bərəkət versin.

http://islam-qa.com/ar/ref/21745

 

 


[1] Bu hədisi həmçinin Əhməd (19403); İbn Macə (1853) rəvayət etmişlər.

[2] İbn Hibban, Səhih əsəri (4171 saylı hədis).

[3] Muslim, 1006; Əbu Zərə istinadən rəvayət olunan hədis.

[4] Tərcüməsi: “Allahın adı ilə! Allahım! Bizi şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyin şeydən uzaqlaşdır”.

[5] Buxari,6388; Muslim, 1434. Abdullah ibn Abbasa istinad olunan hədis.

Abunə sistemi

Fətvalara abunə ol

Sayğac sistemi

mod_vvisit_counterBu gün:556
mod_vvisit_counterDünən708
mod_vvisit_counterBu həftə2603
mod_vvisit_counterBu ay12159
mod_vvisit_counterCəmi58854

Hazırda saytda: 25
Bu gün:22 Fevral , 2012

Statistika

İstifadəçilərin sayı : 58
Fətvaların sayı : 975
Fətvalara baxış sayı : 105081
Web Links : 6