Ərindən ayrılacağına and içib. Bu barədə hökm nədir?
Sual: Mən evli qadınam və son vaxtlar ərimlə aramızda bəzi mübahisələr olur və hər ikimizin əsəbləşməsi ilə nəticələnir. Mübahisə əsnasında mən Allaha and içdim ki, ərimdən ayrılacam. Lakin bundan bu baş vermədi. Ərimlə münasibətlərimin Şəriətə müvafiq olması üçün nə etməli olduğumu sizdən soruşmaq istəyirəm.
Cavab:
Həmd Allaha məxsusdur.
Ərinizdən ayrılacağınız barədə içdiyiniz and aranızdakı ailə münasibətlərini qüvvədən salmır. Çünki ayrılıq və boşanma qadının deyil kişinin əlindədir. Əgər bir qadın açıq-aydın şəkildə talaq[1] sözlərini söyləyirsə bunun heç bir hüquqi nəticə doğurmur.
Hər biriniz qarşılıqlı olaraq bir-birinizlə gözəl davranmalı və ümumiyyətlə ayrılmaqdan söz açmaqdan çəkinməlisiniz. Çünki qadının bu sözləri kişini təhrik edə bilər və sonra boşanma baş verə bilər. Məhz şeytanın da istədiyi və can atdığı da budur ki, ailələrin birliyini və yuvalarını dağıtsın. Həmçinin əgər cütlərdən biri digərinin onunla qalmasını istəmədiyini hiss edirsə bu insana əziyyət verən bir haldır və problemlərə səbəb ola bilər. Deməli mümkün qədər bundan çəkinmək lazımdır.
Ərinizdən ayrılacağınıza dair and içməyinizə gəldikdə bu cür etməmək daha yaxşıdır. Çünki boşanma Allah Təalanın xoşlamadığı bir şeydir. Ərinizlə qalmağınız daha məsləhətdir və siz isə buna görə kəffarət əl-yəmin[2] verməlisiniz.
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: “Kim and içər və daha sonra da bundan daha xeyirli olanını görərsə, qoy xeyirli olanı etsin, andına görə isə kəffarə versin”.[3]
Andın pozulmasına görə kəffarə barədə Allah-Təalanın aşağıdakı ayəsində bəhs olunur. Allah-Təala buyurur:
“Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. (Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra poz-duğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz”.[4]
Allahdan niyazımız budur ki, sizinlə ərinizin arasını barışdırsın və sizi xeyir və hidayətlə bir araya gətirsin.
Ən doğrusunu Allah bilir.
http://islam-qa.com/ar/ref/87654
[1] Boşanma.
[2] Andı pozduğunuza görə bunun əvəzi.
[3] Muslim, (1650).
[4] əl-Maidə,89.







