Qadının səsi övrət sayılırmı?
Sual: Qadının səsinin övrət olduğu doğrudurmu?
Cavab: Həmd Allaha məxsusdur.
Qadının səsi prinsip etibarilə övrət deyil. Çünki qadınlar Peyğəmbərə sallallahu aleyhi və səlləm şikayət edərdilər və ondan din barədə soruşardılar.
Onlar həmçinin Raşidi Xəlifələrin dövründə və onlardan sonra gələn idarəçilərin dövründə də bu cür ediblər. Naməhrəm kişilərə salam verər və salamı alardılar. İmamlardan heç kəs onları buna görə məzəmmət etməmişdir.
Lakin qadının yumşaq və cəzbedici səslə danışması qadağandır.
Çünki Allah-Təala buyurur: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)”.[1]
Çünki onların bu cür (yumşaq və cəzbedici) tərzdə danışması kişiləri fitnəyə salaya bilər. Necə ki, bu məsələyə yuxarıdakı ayədə işarə olunur. Güc və Qüdrət Sahibi Allahdır.
Fətəvə əl-Ləcnə əl-Dəimə lil Buhus əl-İlmiyyə vəl İftə 6/83.
[1] əl-Əhzab,32.


