Çoxarvadlılığa nifrət etmək

Sual: Bir qadın qısqanclığından dolayı çoxarvadlılığa nifrət edir. Bu cür etməyin hökmü nədir? Məlum olduğu kimi qısqanclıq qadınlarda təbii bir xüsusiyyətdir və biz Aişənin (radiyallahu anhə) Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) qısqandığını bilirik. Elə isə biz necə hərəkət etməliyik? Bəzi kitabları oxuduqdan sonra öyrənmişəm ki, Şəriətdə hökmlərdən birinə nifrət etmək küfrə bərabər tutulur.

Cavab:

Həmd Allaha məxsusdur.

Qadının həyat yoldaşını qısqanması fitri bir şey və təbiidir. Siz bir qadına “Ərinizi qısqanmayın” söyləyə bilmərsiniz. Əgər şəriətdə icazəli olmasına baxmayaraq, məhz Şəriətdə buyurulduğuna görə buna nifrət etməzsə[1] bu ona zərər verməz. Allah-Təala buyurur: “Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz”.[2]

Qısqanclıq nümayiş etdirən qadın Allah-Təalanın onun ərinə birdən çox qadınla (dörd qadınla) evlənməsinə icazə verdiyinə görə  nifrət etmir, lakin o “öz həyat yoldaşını bölüşmək istəmir”, bundan xoşlanmır.

İki məsələ arasında açıq-aydın fərq var. Belə ki, hesab edirəm ki, sual verən qardaş və digərləri məsələlər üzərində diqqətlə düşünməli və əsla hökm verməyə tələsməməlidirlər, zahirən ixtilaflı olan hökmlərlə əlaqədar incə fərqləri öyrənməlidirlər.

 

 

 


[1] Başqa bir səbəbdən dolayı bundan xoşlanmırsa, məsələn ərini bölüşmək istəmir və s.

[2] əl-Bəqərə,216.