Heç bir səbəb olmadan ərindən boşanma tələb edən qadın günah qazanırmı?
Sual: Qadın ərindən səbəbsiz yerə boşanma tələb edirsə və əri bu tələbdən imtina edirsə qadın buna görə günah qazanırmı?
Cavab: Boşanma tələb etmək üçün qadının məqbul bir səbəbi yoxdursa, kişinin talaq verməsi tələb olunmur. Lakin kişi çalışmalıdır ki, ülfət və məhəbbət yaradan səbəbləri axtarsın, boşanmaya aparan səbəbləri aradan qaldırsın.
Çünki ola bilsin ki, boşanma tələb etmək üçün qadında səbəblər var. Məsələn, pis əxlaq və yaxud simiclik və ya bütün gecəni bayırda keçirib gecənin son saatlarında evə gəlmək və yaxud bundan başqa səbəblər. Ona görə də, bu şeylərə diqqət yetirməsi və qadının haqqını lazımınca vermək üçün Allahdan qorxması kişiyə vacibdir.
Qadına səbəbsiz yerə boşanma tələb etməsi isə caiz deyil.
Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) belə söylədiyi rəvayət olunur:
“Hansı qadın heç bir səbəb olmadan boşanma tələb edərsə, Cənnətin qoxusunu hiss etməz”.
Bu, şiddətli bir xəbərdarlıqdır.
Ona görə də, vacibdir ki, qadına öz həyat yoldaş ilə gözəl keçinsin və məruf[1] işlərdə ərinə qulaq asıb ona itaət etsin və üzrlü bir səbəb olmadan ərindən boşanma tələb etməsin. Səbəb varsa bunda bir müşkül yoxdur.
Məsələn: əri simicdirsə və qadının haqlarını yerinə yetirmirsə; içki içmək və bunun kimi çoxlu asilik edirsə; bütün gecəni bayırda keçirirsə və ya həyatını sıxıntılı edirsə; və ya bundan başqa səbəblər varsa, o zaman bunlar məqbul səbəblərdir.
Və yaxud ola bilsin ki, qadın kişiyə (çox) nifrət edir və Allah onun qəlbində ərinə qarşı sevgi qoymayıb və ərinə olan nifrətindən dolayı ərinin haqlarını verə bilmir. Ərinin haqlarını yerinə yetirməməkdən dolayı günaha düşməməsi üçün qadının boşanma tələb etməsində bir qəbahət yoxdur. Qadın ərindən boşanma tələb edirsə və talaq[2] üçün səbəb qadının ərinə nifrət etməsi isə, o zaman ona verilən mehri və cehizləri ərinə geri qaytarır.
Bununla belə, boşanma tələb etmək üçün səbəb kişidirsə, məsələn qadının haqlarını vermir; qadının ehtiyaclarını yerinə yetirməkdə simiclik edir; bütün gecəni bayırda keçirir və yalnız yorulduqda gecənin son saatlarında evə gəlirsə; içkiyə qurşanırsa, o zaman boşanma tələb etmək üçün bunlar üzrlü səbəblər hesab olunur.
İbn Bəzz, ‘Boşanmaya dair fətvalar’, səh. 236
[1] Allahın Kitabı və Onun Rəsulunun (Allahın ona salavatı və salamı olsun) sünnəsinə müvafiq, şəriətə zidd olmayan məsələlər.
[2] Boşanma.


