Qadın ərindən boşanma tələb edir


Sual: İki gəncin (ər arvad) İslami anlayışları fərqlidir. Biri Qərbdə, digəri isə Şərqdə böyüyüb. Onlar daim mübahisə edirlər və razılığa gələ bilmirlər. Vəziyyət belə ikən hansı məqamda talaq baş verir? Qadının boşanma tələb etməsi yanlışdırmı? Buna görə Qiyamət Günü cəza alırmı? Boşanma tələb olunduqda Rəhmanın Ərşi silkələnirmi? Bunu Qərbdə yaşayan müsəlman bacıya Şərqdə böyüyən əri söyləyib. Cavabınıza görə Allah mükafatınızı versin.

Cavab: Həmd Allaha məxsusdur.

Müsəlman bir qadının ərindən boşanma tələb etməsi Allaha xoş getməyən bir şeydir və təqdirə layiq deyil. Çünki bundan doğan problemlər və fəsadlar var. Bununla belə, biri və yaxud hər ikisində olan nöqsan və nöqsanlardan dolayı-məsələn din, əxlaq, xəstəlik kimi problemlər və yaxud sonsuz və ya buna bənzər problemlərin olduğu-belə bir vəziyyət ola bilər. O halda, Allah- Təala bizə olan rəhmətindən dolayı boşanmaya icazə vermişdir. Bu halda boşanmaqda və boşanma tələb etməkdə bir xəta yoxdur.

Burada qadağa qadının ərindən heç bir məqbul səbəb olmadan boşanma tələb etməsinə aiddir. Əsaslı bir səbəb olmadan boşanma tələb edən üçün ciddi bir xəbərdarlıq var. Peyğəmbərdən rəvayət olunan hədisdə belə deyilir: “Hansı qadın heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, cənnətin qoxusu ona haram olar”.[1]

“Evlənin və boşanmayın, çünki həqiqətən də boşanma Ərşin silkələnməsinə səbəb olur” hədisi uydurma və zəifdir.[2]

Ən doğrusunu Allah bilir

 


[1] Tirmizi. Hədisin həsən olduğunu bildirib. Sünəni Tirmizi, 118.

[2] əl-Cəmi əs-Sağir, 2429.