Hamilə ikən südəmər uşağı əmizdirmək

Sual: 10 aylığında olan südəməri əmzdirirəm və indi yenə hamiləyəm. Hamiləliyimdən dolayı körpəni əmizdirməyi dayandırmalıyam yoxsa əmizdirməyə davam edə bilərəm? Hamilə ikən körpəni əmizdirmək haramdır yoxsa halal? Sualıma tezliklə cavab verəcəyinizi ümid edirəm.

Cavab: Həmd Allaha məxsusdur.

Hamilə ikən südəmər körpəni əmizdirmək məsələsində bacarıqlı, səriştəli və əmin, etibarlı bir həkimə müraciət etmək lazımdır. Həkim körpəni əmizdirməyin dölə və yaxud südəmərə ziyanı olmayacağını təsdiq edərsə, o zaman buna mane olan heç bir səbəb yoxdur və əmizdirmək olar.

Lakin südəmərə və yaxud dölə zərərinin olacağını söyləyərsə, o zaman körpəni əmizdirmək olmaz.

Ən doğrusunu Allah bilir.