Təbii yolla əmizdirmənin bərəkəti
Sual: Mənə deyiblər ki, ana südü ilə uşaq əmizdirmək Allah tərəfindən bərəkətləndirilib və Quranda deyilir ki, ana südünün hər damcısı mübarəkdir. Mənə deyə bilərsiniz Quranda bunun üçün hara baxmaq lazımdır?
Cavab: Həmd Allaha məxsusdur.
Şübhəsiz ki, bərəkət Allahın istədiyi yerə nazil olur. Əgər kimsə Allahdan onun malına və yaxud ruzisinə bərəkət verməsini istəyirsə bərəkət hasil olar. Beləcə Allah onu bərəkətli edər və yaxud O insanı mübarək edir. Necə ki, İsa (aleyhissalam) demişdir. Allah-Təala buyurur: “Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi”.[1]
Həmçinin bərəkət Allahın yerləşdirdiyi şeylərdə olur. Allah-Təala yağış haqqında buyurur: “Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik”.[2]
Yəni, yağışın gəlməsi ilə siz bərəkət qazanırsınız, əldə edirsiniz, çünki yağış ağacların və bitkilərin yetişməsinə, böyüməsinə səbəb olur. Ana südünə gəldikdə bildiyim qədər Qurani Kərimdə onun bərəkətindən bəhs edən xüsusi bir ayə yoxdur.
Şeyx Abdullah ibn Cibrin
Qurani Kərimdə analar təşviq olunur ki, öz körpələrini təbii yolla əmizdirsinlər. Allah-Təala buyurur: “Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür”.[3]
Alimlərin şərh verdiyi kimi uşaqlarını əmizdirmək anaya Allah tərəfindən verilən bir göstərişdir. Alimlər həmçinin qeyd edirlər ki, əmizdirmənin bir hissəsi fərzdir. Bu da əmizdirmənin başlanğıcında gələn sarı maddədir və körpənin immun sisteminin formalaşmasında böyük faydasının olduğu tibbi nöqteyi-nəzərdən bizə məlumdur. Şübhəsiz ki, Allahın əmrlərini yerinə yetirməkdə böyük bərəkət var.
Güc və Qüdrət Sahibi Allahdır.
http://islam-qa.com/en/ref/13750
[1] Məryəm,31.
[2] Qaf,9.
[3] əl-Bəqərə,233.


