Ərinin razılığı olmadan yoxsul valideynlərinə xərcləyə bilərmi?

Sual: Atamın maddi yardıma ehtiyacı var. Çünki onun maaşı özünə və anama xərcləmək üçün azdır. Mən işləyirəm və maddi vəziyyətim çox yaxşıdır və atama, xərcləməyə, kömək etməyə imkanım var. Lakin ərin mənə onlara kömək etməyə mane olur və bunu onunla əsaslandırır ki, mənim qardaşlarım var və valideynlərə xərcləmək onların vəzifəsidir və qız övladlarının vəzifəsi deyil.

Üç qardaşım var və onların maddi vəziyyəti yaxşıdır. Lakin valideynlərimə xərcləmək üçün buna imkanları çatmır. Biz ailədə dörd qızıq və təkcə mən işləyirəm və ailəmə kömək edə bilərəm. Lakin ərim sərt bir şəkildə buna qarşı çıxır. Nə etmək olar? Ərimə itaət edərək ona qulaq asmalıyam yoxsa ailəmə itaət edib ərimdən xəbərsiz olsa belə onlara kömək etməliyəm? Xahiş edirəm mənə məsləhət verəsiniz. Əgər qadın öz ata anasına xərcləmək istəyirsə bunun üçün ərindən icazə almalıdırmı?

Cavab:

Həmd Allaha məxsusdur.

Kişi yaxud qadın olsun-imkanlı övlada yoxsul və ehtiyac içində olan valideynlərinə xərcləməsi vacibdir. Allah-Təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur”.[1]

Onlarla yaxşı davranmağın bir hissəsi də ehtiyac içində olduqda onlara xərcləməkdir.

İbn əl-Münzir Allah ona rəhmət etsin demişdir: “Elm adamlarının yekdil rəyinə görə heç bir gəliri və yaxud malı-mülkü olmayan yoxsul valideynlərə infaq etmək övladın mal-dövlətinin öhdəliyinə düşür”.

Sizin qardaşlarınızın olması faktı heç də o demək deyil ki, siz valideynlərə xərcləmək öhdəliyindən azad olursunuz. Çünki qeyd etdiyiniz kimi qardaşlarınızın onlara xərcləməyə imkanı yoxdur”.[2]

Şeyxu-l-İslam ibn Teymiyyə:

“Varlı övladın yoxsul atasına , atasının zövcəsinə, kiçik qardaş və bacılarına xərcləməsi vacibdir”.[3]

Buna əsasən deyirik ki, “Bu yalnız qardaşlarınızın vəzifəsidir”-deyə ərinizin sizə söylədikləri doğru deyil.

Bir halda ki, onlara xərcləmək sizə vacibdir, bu məsələdə ərə itaət etmək olmaz. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmi buyurur: “Allaha üsyanda itaət yoxdur, itaət isə yalnız məruf[4] işlərdə olur”.[5]

Bununla yanaşı ərinizə qarşı yumşaq davranmalı və onu buna inandırmağa çalışmalısınız. Həmçinin ona başa salın ki, bu, yəni valdeynlərə ehtiram və onlarla yaxşı davranmaq Allahın vacib etdiyi bir əmrdir. O da sizə valideynlərə yaxşılıq etməkdə və onlara ehsan etməkdə kömək etməlidir.

Ən doğrusunu Allah bilir.

http://islam-qa.com/ar/ref/44995

 


[1] əl-İsra, 23.

[2] Bax. əl-Muğni, 11/375-376.

[3] əl-İxtiyarat, səh.487.

[4] Yaxşı.

[5] əl-Buxari, 4340; Müslim, 1840.

Abunə sistemi

Fətvalara abunə ol

Sayğac sistemi

mod_vvisit_counterBu gün:554
mod_vvisit_counterDünən708
mod_vvisit_counterBu həftə2601
mod_vvisit_counterBu ay12157
mod_vvisit_counterCəmi58852

Hazırda saytda: 28
Bu gün:22 Fevral , 2012

Statistika

İstifadəçilərin sayı : 58
Fətvaların sayı : 975
Fətvalara baxış sayı : 105076
Web Links : 6