Qadın ərindən rəfiqələrində olan paltar və qızıl tələb edir

Sual: Mənim zövcəm toylarda iştirak edir və başqa qadınların paltarlarını görür, sonra da həmin paltar və qızıllardan onun da olmasını istəyir. Mənim gəlirim (qazancım) həmin qadınların ərlərinin gəliri kimi deyil. Bu halda nə etməliyəm?

Cavab:

Həmd Allaha məxsusdur.

Peyğəmbərə sallallahu aleyhi və səlləm istinadən nəql olunan mühüm bir hədis bu məsələyə aydınlıq gətirir və bildirilir ki, bu məsələ məhv olmağın səbəblərindən biridir. Aşağıda bu hədisi təqdim edirik ki, bəlkə siz bununla zövcənizə nəsihət edəsiniz.

İmam ibn Xüzeymə əl-Tövhid kitabında rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir xütbə verdi və geniş danışdı. Xütbəsində bu dünya və axirət məsələlərinə toxundu. Rəsulullah sallallahu aleyhi və səlləm İsrail övladlarının məhvinə səbəb ilk şey kimi  “Kasıb bir kişinin qadını ondan varlı kişinin zövcəsində olduğu kimi paltar və cəvahirat tələb edirdi”-deyə buyururdu”.[1]

Xanımınıza qane olmağın və bu dünyada (dünya malına qarşı) zahid olmağın nə qədər uca bir şey olduğunu xatırladın. Ona vəd verin ki, Allah sizə artırdıqca siz də ona artıracaqsınız və ona Allah-Təalanın aşağıdakı ayəsini xatırladın:

“Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər”.[2]

 

 


[1] Şeyx Albani rahiməhullah №591, əl-Silsilə əs-Sahihə əsəri. Şeyx Albani rahiməhullah Müslimin şərtlərinə görə hədisin isnadının səhih olduğunu bildirmişdir.

[2] ət-Talaq,7.