Qadının övrət yerində olan rütubət napak sayılır?
Sual: Qadının övrət yerində olan rütubət napak sayılır?
Cavab: Elm adamlarına görə iki övrət yolundan ifraz olunan hər şey napakdır. Yalnız məni[1] bundan istisnadır. Məni napak sayılmır. Övrət yollarından ifraz olunan digər bütün ifrazatlar murdar sayılır və dəstəmazı pozur. Bu qaydaya əsasən qadının övrət yolundan ifraz olunan maye murdar sayılır və yenidən dəstəmaz almağı vacib edir. Bu, bəzi elm adamları ilə apardığım araşdırmadan əldə etdiyim yekun rəydir. Bununla belə qarşımda bir çox sıxıntı verən hallar dayanır. Çünki bəzi qadınlarda bu hal, yəni övrət yerində rütubətlilik halı müntəzəm şəkildə olur. Belə olduğu halda qadın hər namazın vaxtı daxil olduqdan sonra həmin namaz üçün dəstəmaz alır və namazını qılır. Mən bəzi həkimlərlə bu məsələni araşdırdım. Aydın oldu ki, əgər bu maye sidik yolundan axarsa hökmü dediyimiz kimidir. Yox əgər uşaqlıq yolundan gəlirsə təmiz sayılır. Hər namaz üçün dəstəmaz alır, lakin bədəninin və paltarının bulaşmış hissəsini yumur.
[1] Sperma.


