Nifas qanı ilə eyni hökmdədir

Sual: Nifas əsnasında ifraz olunan sarı maddənin hökmü nədir? Bu qırx gün ərzində oruc tutub namaz qıla bilərəmmi?

Cavab: Doğuşdan sonra qadından ifraz olunan hər bir şey nifas sayılır. İstər adi qan olsun, istərsə də sarı və ya qırmızı maye. Çünki bu ifrazat heyz müddətində baş verir və qırx gün davam edir. Doğuşdan sonra qırx gün ərzində nə ifraz olunarsa nifas sayılır. Deyilən müddət keçdikdən sonra nə ifraz olunarsa bu istihazədir[1].

 


[1] Hormonal pozğunluğa görə qeyri heyz günlərində ifraz olunan xəstəlik qanı və s