Heyz səbəbi ilə orucunu açdı, utandığından qəzasını tutmadı

Sual: Mən ön üç yaşımda ikən Ramazanda oruc tutdum lakin heyz olduğumdan dörd gün oruc açdım. Amma utandığımdan bu barədə heç kəsə xəbər vermədim. İndi həmin vaxtdan səkkiz il ötüb. Mən nə etməliyəm?

Cavab: Siz bu müddət ərzində qəza etmədiyinizə görə xəta yol vermisiniz. Bu Allahın Adəmin qızlarına verdiyi təbii bir haldır. Dini məsələləri (öyrənməkdə və s.) utanmaq olmaz. İndi siz tez bir zamanda həmin dörd günü qəza etməli və bununla bərabər kəffarə verməlisiniz. Belə ki, kəffarə hər günün əvəzində bir nəfər kasıbı yedizdirməkdir. Yemək isə ölkə camaatının müntəzəm qidasından sayılan istənilən qida növündən iki ovuc miqdarında hesablanır.