Heyz müddəti xaricində ifraz olunan qan

Sual: Heyz müddəti xaricində ifraz olunan qanın hökmü nədir? Mənim aylıq heyz müddətim doqquz gündür. Lakin bəzi aylarda heyz müddəti xaricində qan gəlir. Lakin bu çox az miqdarda olur və bir iki gün davam edir. Bu günlərdə namaz qılmaq və oruc tutmaq icazəlidirmi?

Cavab: Heyz müddəti xaricində gələn qan heyz sayılmır. Aylıq heyz müddətini bilən qadın heyz günləri namaz qılmır, oruc tutmur, Qurana toxunmur, əri ona cinsiyyət orqanından yaxınlaşmır. Təmizləndikdən, heyz günləri başa çatdıqdan və çimdikdən sonra pak qadınların hökmündə sayılır. Bundan sonra qan, sarı və ya qırmızı maye ifraz olunsa bu istihazə[1] sayılır. Belə halda namaz və s. ibadətləri yerinə yetirir.

 


[1] Hormonal pozğunluq səbəbi ilə xəstəlik.