Heyz qanı kəsildi və sonra yenidən gəldi
Sual: Heyz müddətində iki gün qan gəlir və sonra kəsilir, sonra dördüncü gün yenidən qan gəlir. Qan gəlməyən üçüncü gündə namaz qılırammı?
Cavab: Qadın bəlli heyz günlərində olduğu müddətcə namaz qılmır və oruc tutmur. Hətta heyz müddətində qanaxmada fasilə olsa yenə də namaz qılmır və oruc tutmur. Bu, təmizlik əlamətini görənə qədər davam etməlidir. Bu, qadınlar tərəfindən heyzin qurtarma əlaməti olaraq tanınan ağ mayedir. Bu qadın da tam təmizlənməyincə heyz günlərində namaz qılmır, oruc tutmur, Qurana toxunmur. Sualda qeyd olunan üçüncü gündə də bu əməlləri etmir.


