Balıncın üzərində uzanaraq və saçını örtmədən təyəmmüm alan xəstə qadın barəsində nə deyə bilərsiniz?

Sual: Balıncın üzərində uzanaraq və saçını örtmədən təyəmmüm alan xəstə qadın barəsində nə deyə bilərsiniz? Onun bu halda qıldığı namazın hökmü nədir?

Cavab: Əgər həmin qadın etdiyindən artığını etməyi bacarmırsa, yəni yataqdan qalxıb dəstəmaz və ya təyəmmüm ala bilmirsə və namazda örtülməsi vacib olan yerləri örtə bilmirsə, Allah-Təalanın kəlamına əsasən, ona günah yazılmaz və onun namazı doğrudur. Belə ki, Allah-Təala buyurur: “Allahdan bacardığınız qədər qorxun!”[1] Başqa bir ayədə buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər”.[2] Həmçinin Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Əgər sizə bir şeyi əmr etsəm, onu bacardığınız qədər edin!”[3] Lakin xəstə qadın etdiyindən artığını etməyi bacarırsa, onun bunu etməməsi caiz deyil.

Fətvalar məcmusu, 12-ci cild, 210-cu sual, səh.299

 


[1] Ət-Təğabun, 16

[2] Əl-Bəqərə, 286

[3] Buxari (6858); Muslim (1337)