Bizimlə hamam arasında divar varsa ona tərəf namaz qılmaq olar?
Sual:Bizimlə hamam arasında divar varsa ona tərəf namaz qılmaq olar?
Cavab: “Peyğəmbərə sallallahu aleyhi və səlləm istinadən səhih yolla onun belə söylədiyi təsdiqini tapmışdır: “Mənə və ümmətimə yer üzü məscid və təmizləyici edildi. Mənim ümmətimdən olan istədiyi yerdə namaz qıla bilər, bura ona məscid olar, bu yer təmizləyici (təyəmmüm və s. üçün – red.) olar. Məndən öncə bu qəbul edilməmiş, onlar öz kilsələrində və məbədlərində ibadət etmişlər”.[1]
Burada istisna odur ki, bunların arasında sadəcə barəsində nas[2] nəql olunmuş müəyyən yerlərdə namaz qılmaq haram edilib. Hamama tərəf namaz qılmaq yasaq edilmiş məkanlardan sayılmır. Sizinlə hamam arasında divar varsa bunda bir zərər yoxdur.
Lakin sizinlə hamam arasında olan (hissə) hamamın divarıdırsa, bəzi elm adamları buna doğru namaz qılmağı məkruh hesab etmişlər və bildirirlər ki, hamama tərəf namaz qılmaq məqsədəmüvafiq deyil. Ona görə də, qoy o kəs başqa yer tapıb orada namaz qılsın.
[1] Əhməd, əs-Sərrac və əl-Beyhəqi. Səhih hədisdir.
[2] Şəriət mətnləri: ayə, hədis.







