Təravih və ya gecə namazları
Sual: Təravih və küsuf namazlarında Quranı əzbərə deyil üzündən oxumaq olar?
Cavab:Ramazan ayında qılınan təravih və gecə namazlarında Quranı üzündən oxumaq olar. Çünki bu yolla bütöv Quranı möminlərə eşitdirmək mümkündür. Şəriət dəlillərində namazda Quran oxunması təkidlə qeyd edilir. Lakin bu dəlillər üzündən deyil əzbərdən oxumağa aiddir. Amma rəvayətlərin birində deyilir ki, Aişə Allah ondan razı olsun köləsi Zəkvana Ramazanda gecə namazlarında imam dayanmasını əmr etdi. Zəkvan isə əzbərə deyil üzündən oxuyurdu. Bu rəvayəti Buxari müəlləq olaraq rəvayət etmişdir.







