Namaz qılmadıqda uşaqları yüngülcə vurmaq

Sual: Uşaqlarımızın namaz qılması üçün onları yüngülcə necə vurmaq lazımdır?

Cavab: Həmd Allaha məxsusdur.

Amr ibn Şüeyb atası, o da babasına istinadən onun belə söylədiyini rəvayət edir: “Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: “Yeddi yaşına vardıqda uşaqlarınıza namaz öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın”.[1]

İbn Qüdamə (Allah ona rəhmət etsin) demişdir:
“Namaz qılmağı uşaqlara öyrətmək üçün uşaqlara bunu söyləmək və onları ədəbləndirmək şəriətdə məşrudur. Bundan məqsəd budur ki, uşaqlar namaz qılmağa öyrəşsinlər və onlarda bu vərdiş halını alsın və həddi büluğ yaşına çatdıqda namazı tərk etməsinlər”.[2]

əl-Subki demişdir:
“Yeddi yaşına vardıqda uşağın himayədarı ona namaz qılmağı söyləməli və on yaşına çatıb namaz qılmadıqda onu yüngülcə vurmaq lazımdır. Bizim fikrimizcə biz uşağa ona vacib olmayan bir şeyi əmr etməli və vacib olmayan bir şeyi etmədikdə buna görə yüngülcə vurmalıyıq. Ədəbləndirmək məqsədilə heyvanları vururuq, elə isə uşaqları necə? Bu uşağın maraqlarına xidmət edir və məqsəd odur ki, həddi büluğa çatmazdan öncə namaz qılmağa öyrəşsin”.[3]

Yeddi yaşına çatdıqda oğlanlara və qızlara namaz qılmaları söylənməli və on yaşına çatıb namaz qılmadıqda yüngülcə vurulmalıdır. Eynilə, onlara söyləmək lazımdır ki, Ramazan orucunu tutsunlar və Quran oxumaq, nafilə namazlar qılmaq, həcc etmək və ümrə etmək, çoxlu təsbeh[4], təhlil[5], təkbir[6]  və təhmid[7]  kimi xeyir işlər görmək üçün onlarda buna qarşı həvəs oyatmaq lazımdır. Hər bir günahdan, bunu etməmələri üçün onları çəkindirmək lazımdır.

Namaz qılmadığına görə uşağı yüngülcə vurmaq məsələsinə gəldikdə, burada qoyulan şərtlərdən biri budur ki, uşağı vurarkən yüngülcə vurmaq lazımdır, ağrılı olmamalı və dərini qoparmamalı və yaxud diş və ya sümüyünü sındırmamalıdır. Vurarkən kürəyinə və yaxud əlinə və ya buna bənzər yerlərə vurulmalıdır. Üzə vurmaqdan çəkinmək lazımdır. Çünki üzə vurmaq qadağandır. Belə ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bunu qadağan etmişdir.

Vurarkən zərbələrin sayı 10-dan çox olmamalıdır və bundan məqsəd ədəbləndirmək və təlim-tərbiyə olmalıdır. Ona görə də, valideyn uşağı cəzalandırmaqda maraqlıdır deyə uşaqda belə bir təsəvvür yaratmamalıdır, məsələni izah etməyə ehtiyac olduqda bu üsula müraciət etməlidir. Uşaq namaz qılmaqdan üz döndərib tərk etdikdə və buna bənzər hallarda bu üsula baş vurulmaldır.

Əbu Bərda əl-Ənsaridən, (Allah ondan razı olsun), rəvayət olunur ki, Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: “Heç kəsə on şallaqdan çox vurulmamalıdır, Allahın hədd cəzalarından biri olduqda bu istisnadır”.[8]

İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
“Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) “Heç kəsə on şallaqdan çox vurulmamalıdır, Allahın hədd cəzalarından biri olduqda bu istisnadır” sözləri cinayət və yaxud cinayət əməlinə aiddir. Bunlar Allah təalanın haqqı olan cinayət məsələlərinə aiddir.

Belə deyilə bilər: On şallaq və yaxud bundan az sözündən nə nəzərdə tutulur?

Cavab: Bu məsələ kişi öz həyat yoldaşını, qulluqçusunu, uşağını və yaxud muzdla işlətdiyi işçisini tərbiyələndirmək, ədəbləndirmək və yaxud buna bənzər məqsəd ilə vurduğu hallara aiddir. Bu halda 10 zərbədən artıq vurmaq icazəli deyil. Hədisi başa düşmək üçün ən yaxşı yol budur”.[9]

Həmçinin bunları edərkən başqasının qarşısında edilməməlidir ki, uşağın özünə şəxsiyyətinə və dostları,digərlərinin qarşısında ləyaqət hissinə xələl gətirməsin.
Atanın uşaqları ilə münasibəti və onları ədəbləndirməsi, tərbiyələndirməsindən başa düşülməlidir ki, ata kimisə yalnız Allaha və Onun Rəsuluna (Ona Allahın salavatı və salamı olsun) itaət olaraq cəzalandırır və buna baş vurmaqda yeganə məqsəd uşağının tam xeyrinədir, onun maraqlarına xidmət edir və uşaqlarını şəriətdə buyurulan qaydada tərbiyə etməkdə çox hərisdir, və onlara görə ürəyi yanır. Əks halda uşaq islam dininin təlimlərinin çətin olduğu və bunları etmədiyi üçün döyüldüyü qənaətinə gələrək islama nifrət hissi ilə böyüyə bilər.

Şeyx ibn Bəzz  (Allah ona rəhmət etsin) demişdir:
“Öz ailə üzvlərinizin qeydinə qalın və onlara qarşı laqeyd yanaşmayın ey Allahın qulları. Onları xeyiri, islah olunması üçün siz çox çalışmalısınız və yeddi yaşına vardıqda övladlarınıza namaz qılmalarını söyləyin, on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun. Bu “vuruş” tərzi yüngül olmalıdır ki, Allaha itaət etmələri və namazları vaxtlı-vaxtında əda etmələrinə öyrəşməsində onlara yardım etsin,. Allahın dininə lazımi şəkildə bağlansınlar və haqqı öyrənsinlər. Necə ki, bu barədə Allah Rəsulundan (Allahın ona salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərdə bildirilir”.[10]

Şeyx ibn Üseymin (Allah ona rəhmət etsin) demişdir:
“Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bizə əmr etmişdir ki, uşaqlarımız yeddi yaşına çatdıqda onlara namaz qılmalarını söyləyək və on yaşına çatıb namaz qılmadığı təqdirdə isə onları yüngülcə vuraq. Bununla belə, namaz qılmaq hələ bu yaşda onlara vacib deyil, bu yaşda namaz qılmaq ilə mükəlləf sayılmırlar. Bundan məqsəd odru ki, onlar ibadət və itaət əməllərini etməyə öryənsinlər və buna öyrəşsinlər ki, böyüdükdə bunları etmək onlar üçün asan olsun və namaz onlar üçün əziz bir şey olsun. Eyni hökm məzəmmət olunan, xoşagəlməz bütün digər məsələlərə də şamil edilir. Hər hansı cavabdehlik daşımasalar da, gənclər (kiçik yaşlarından) bunları (pis əməlləri) etməyə öryəşməməlidirlər, çünki əks halda böyüdükdə onlar bu cür əməlləri işləməyə öyrəşəcəklər və bunlara dalmaqdan həzz duyacaqlar”.[11]

“Əmr göstərir ki, bu məsələ vacibdir. Lakin bu o hallara şamil edilir ki, “yüngülcə vurduqda” fayda təmin olunsun. Çünki bəzən uşağı vurduqda, uşaq düzəlmir, yalnız onun səs-küy salmasına, bağırmasına və daha çox ağlamasına səbəb olur, beləcə heç bir faydaya nail olunmur. Bundan əlavə, burada “yüngülcə vurmaqdan” qəsd olunan məna budur ki, vurarkən ağrıtmamalıdır, yüngülcə vurulmalıdır ki, islah olunsun və zərər hasil olmasın”.[12]

Şeyx (Allah ona rəhmət etsin) həmçinin deyir:
“Uşağı vurarkən “zədəyə səbəb olacaq, iz qoyacaq” şəkildə olmamalı, məsələn üzə vurulmamalı və yaxud ölümə səbəb olacaq yerlərə (zəif, həssas nöqtələrə) vurulmamalıdır. Əksinə, uşağın belinə, çiyninə və yaxud əlinə və buna bənzər yerlərə vurulmalıdır, belə ki, bu yerlər onun ölməsinə səbəb olmur. Üzə vurmaq təhlükəlidir. Çünki üz insanın ən uca və hörmətli hissəsidir və insanın üzünə vurduqda kürəyinə vurulmasına müqayisədə onun üçün daha çox təhqiredici, alçaldıcı və utandırıcı, xəcalətli hesab edilir. Ona görə də, üzə vurmaq qadağandır”.[13]

Şeyx Fəuzan  (Allah ona hifz etsin) deyir:
“Uşağın tərbiyəsində istifadə olunan üsullardan biri də vurmaqdır. Müəllim vura bilər, təlimatçı vura bilər, tərbiyə məqsədləri üçün himayədar vura bilər. Qadın bilə-bilə asilik etdikdə kişi öz zövcəsini vura bilər.

Lakin bu müəyyən hədd daxilində olmalıdır və ağrıya səbəb olacaq zərbə, dərisini cıracaq və yaxud sümüyünü sındıracaq şəkildə olmamalıdır. Əksinə, ehtiyac olduğu qədər edilməlidir”.[14]

Həmçinin nəzərə almaq lazımdır ki, uşağı tərbiyə edərkən yalnız namazı buraxdığı üçün ədəbləndirməklə kifayətlənmək lazım deyil. Bundan əlavə, namazın şərtləri və ərkanları, vacibatlarına laqeyd yanaşdıqda tərbiyə edilməlidir. Uşaq ola bilsin ki, namaz qılsın, lakin namazları birləşdirir və yaxud dəstəmazsız namaz qılır və yaxud lazımı şəkildə namaz qılmır. Ona görə də, namaz barədə hər bir şeyi ona öyrətmək lazımdır. Əmin olmalıyıq ki, o namazın vacibatlarından, ərkanlarından və şərtlərindən xəbərdardır. Belə olduğu halda, o namazın göstərilən bu hissələrindən hər hansı birini buraxdıqda, ona nəsihət etməli və vaxtaşırı bunları ona öyrətməli, bundan sonra bunları etməməkdə inad edərsə, bunları lazımi şəkildə edənə qədər yüngülcə vurmaq vasitəsilə töhmətləndirilə, ədəbləndirilə bilər.

Ən doğrusunu Allah bilir.

 

 


[1] Əbu Davud (459); Əhməd (6650); Şeyx Əlbani “əl-İrva” (247) əsərində hədisi səhih olaraq təsnif etmişdir.

[2] “əl-Muğni” (1/357).

[3] Fətəvə əl-Subki, 1/379.

[4] Sübhənallah söyləmək.

[5] Lə iləhə illəllah söyləmək.

[6] Allahu Əkbar söyləmək.

[7] Əlhəmdulilləh söyləmək.

[8] Buxari (6546);  Müslim (3222).

[9] İ`lam əl-Muvəqqiin, 2/23.

[10] Məcmu Fətəvə, İbn Bəzz, 6/46.

 [11] Fətəvə nur alə əd-darb, 11/386.

[12] Liqa əl-Bab əl-Məftuh, 95/18.

[13] Fətəvə nur alə əd-darb, 13/2.

[14] İğasat əl-Mustəfid bi Şərh Kitab əl-Tövhid, 282-284.