Qəbiristanlıqda məscid tikmək
Sual: Suriyadan belə bir sual verirlər. Sualda deyilir ki, camaat on metr aralıda qəbiristanlığın yanında məscid inşa ediblər. Bu məscidi inşa etməyin hökmü nədir?
Cavab: Əgər məscid qəbiristanlığın xaricində olub namaz qılanların ön tərəfində deyilsə və məscidin qəbiristanlığın yaxınlığında olması ilə insanların məqsədi, niyyəti bundan xeyir-bərəkət diləmək deyilsə,bu halda bunda bir xəta yoxdur. Yox əgər məscid qəbiristanlığın bir tərəfində inşa edilib qəbiristanlıq da məscidin qarşısında isə və insanlar məscidin qəbiristanlığa yaxın olmasının üstün və mükəmməl bir əməl olduğuna etiqad edirsə bu halda bilmək lazımdır ki, bu cür etmək şəriətdə icazəli deyil.


