Əqidəsi bilinməyən bir şəxsin – Sufi yaxud Şiənin- arxasında namaz qılmaq
Sual: Mən cümə namazını camaatla qılmıram, çünki məni xarici ölkədə təhsil almaq üçün göndəriblər və həmin yerdə müsəlmanlar azdır. Onların arasında sufilər, şiələr var. Mən imamın sünni olub-olmadığını bilmirəm. Onlarla namaz qılmağı tərk etdiyim halda bu barədə hökm nədir? Nəzərinizə çatdırım ki, məscid uzaqda yerləşir və mən azanı eşitmirəm.
Cavab:
Həmd Allaha məxsusdur.
Əvvəla:
Azanı eşidən şəxsin camaat namazında iştirakı vacibdir. Əgər müəzzin ucadandanışandan istifadə etmədən səsini yüksəldərək azan verirsə və sizin eviniz azanı eşitməyəcək qədər uzaqda yerləşirsə və bunu eşitməyinizə təsir edə biləcək külək və yaxud digər səslər və s. sakitdirsə, bu halda məsciddə camaat namazında iştirak etmək sizə vacib deyil.
Cümə namazına gəldikdə alimlərin yekdil rəyinə görə azanı eşidib-eşitməməsindən və şəhərin hüdudlarının nə qədər uzaq olmasından asılı olmayaraq şəhərdə olan hər bir kəsin burada iştirakı vacibdir.
İkinci:
İmam zahirən müsəlman olduğu müddətcə onun arxasında cümə namazını və camaatı namazını onun şiə yaxud sufi olma ehtimalından dolayı tərk etmək icazəli deyil. Cümə və camaat namazlarını qılmaq üçün başqa camaat olarsa, saleh və doğru mənhəcdə olduğu məlum olan bir imamın arxasında heç bir fitnəyə yol verməmək şərtilə namaz qılmaq istisna təşkil edir və bu halda onun arxasında namaz qılmaq daha yaxşıdır.
Təməl prinsipə görə bir müsəlman haqqında yaxşı gümanda olmalı; imanı və mənhəcini məlum heç bir dəlil olmadan təkzib etməməliyik. Belə ki, üstün rəyə görə müsəlman olduğuna hökm olunan hər kəsin arxasında namaz qılmaq səhihdir. Quranın təhrif olunduğuna inanmaq yaxud Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əshabələrini təkfir etmək yaxud ölülərdən istəmək və onlardan kömək diləmək kimi küfr ehtiva edən hər hansı bir əməl işlədiyi hallar bundan istisna təşkil edir. Bu cür əməlləri işləyənin arxasında namaz qılınmır.
Şeyxu-l-İslam ibn Teymiyyəyə (Allah ona rəhmət etsin) əl-Muraziqa arxasında namaz qılmaq və onların bidəti ilə bağlı sual ünvanlandı.
Şeyxin cavabı:
“Dörd imam və digər imamların yekdil rəyinə görə bidət yaxud fasiqlik etmədiyi bəlli olmayan bir kəsin arxasında gündəlik beş namazları və cümə namazını və s. qılmaq icazəlidir. Məmumun[1] imamın əqidəsinin necə olduğunu bilməsi namaza imamlığın[2] şərtlərindən deyil və “Sənin etiqadın nədir?”-deyə soruşaraq onu sınaqdan keçirməməlidr. Əksinə, halı bilinməyənin arxasında namaz qılınır. Əgər fasiq yaxud bidətçi olduğunu bildiyi birinin arxasında namaz qılırsa bu xüsusda Əhməd və Malikin məzhəbində onun namazının səhih olub-olmadığına dair alimlərin iki məşhur rəyi var; əş-Şafi və Əbu Hənifənin rəyinə görə onun namazı səhihdir.
Əgər həmin şəxs imamın öz bidətinə dəvət edən bidətçi yaxud açıq-aşkar fasiqlik edən fasiq bir şəxs olduğunu bilirsə və o Cümə və Bayram namazları yaxud Ərəfətdə Həccdə namaza imamlıq edən daimi imamdırsa, ondan başqasının arxasında namaz qılmaq imkanı yoxdursa, erkən və sonrakı alimlərin böyük çoxluğuna görə onun arxasında namaz qılınır. Bu Əhməd, əş-Şafi, Əbu Hənifə və digərlərinin rəyidir.
Ona görə də, əqidə barədə belə demişlər: “İstər saleh, istərsə fasiq, istənilən imamın arxasında cümə və bayram namazları qılınır. Eləcə də, bir kənddə yalnız bir imam varsa, camaat namazları onun arxasında qılınır. Çünki camaat namazı fərdi namazdan imam fasiq olsa belə daha üstündür. Bu alimlərdən cumhurunun, Əhməd ibn Hənbəl, əş-Şafi və digərlərinin rəyidir. Əhmədinə rəyinə görə fərdlərin camaat namazında iştirakı fərzdir. Kim fasiq olan imamın arxasında cümə və camaat namazını tərk edərsə İmam Əhməd və digər Əhli-Sünnə imamlarına görə o kəs bidətçidir.
Doğru rəy budur ki, o namazı qılmalı və təkrarlamamalıdır. Səhabələr fasiq imamlar arxasında cümə və camaat namazlarını qılar və bunu təkrarlamazdılar. İbn Ömər, əl-Həccacın arxasında namaz qılardı; İbn Məsud və digərləri içki içən əl-Vəlid ibn Uqbənin arxasında namaz qılırdı. Fasiq yaxud bidətçinin namazı özü-özlüyündə səhihdir. Deməli kimsə onun arxasında namaz qılırsa onun namazı etibarsız sayılmır.
Fasiq şəxsin arxasında namaz qılmağı xoş görməyənlərə gəldikdə onların bu fikri əmr bil-məruf nəhyi anil-munkərin[3] fərz olduğu həqiqətinə əsaslanır. Deməli, açıq-aşkar bidət yaxud fasiqlik edən şəxs müsəlmanların müntəzəm imamı təyin oluna bilməz. O tövbə edənə kimi ona intizam tənbehi tətbiq olunur. Tövbə edənə kimi onu həcr etmək[4] mümkündürsə bu gözəl bir şeydir. Əgər bir qisim adam onun arxasında namazı tərk edib başqasının arxasında namaz qılmağa başlayarsa bu həmin şəxsə təsir edə bilər və tövbə etməsinə; yaxud çəkinməsinə və ya insanları onun etdikləri günahlardan çəkinməyə vadar edə bilər. Belə bir insanın arxasında namazı tərk etmək insanlar cümə yaxud camaat namazlarını buraxmadığı müddətcə məqsədə müvafiq ola bilər. Lakin onun arxasında namazı tərk etmək insanların cümə yaxud digər camaat namazlarını tərk etməsi ilə nəticələnəksə, bu halda bidətçidən və Səhabələrə (Allah onlardan razı olsun) qarşı çıxandan başqası onun arxasında namaz qılmağı tərk etməz”.[5]
Daimi Komitənin alimlərinə üvanlanan sualda deyilir: “Kəsənin əqidəsi bilinmirsə onun kəsdiyi ətin hökmü yaxud əqidəsi bilinməyənin arxasında qılınan namazın hökmü nədir?
Cavab: Əgər zahirən müsəlmandırsa, bununla belə əqidəsi naməlum isə və əqidəsinin yanlış olub-olmaması bilinmirsə bu halda onun arxasında namaz qılmaq və onun kəsdiyini yemək olar”.[6]
Komitənin fətvalarında (7/353) həmçinin belə deyilir: “Bidətçinin arxasında namaz qılmağa gəldikdə, onların bidəti Allahdan başqasına dua edərək ondan istəmək, Allahdan başqasının adına nəzir demək yaxud kamil elm və ya qeyb haqqında elm yaxud hadisələrə təsir göstərmək kimi yalnız Allaha məxsus keyfiyyətlərə şeyxlərinin də sahib olduğuna inanmaq kimi şirk elementlərini ehtiva edirsə bu halda onların arxasında namaz qılmaq etibarsızdır”.
Bununla belə, əgər onların bidəti özündə Peyğəmbərə istinadən rəvayət olunan zikrlərin xorla və o tərəf bu tərəfə yellənməklə oxunması kimi şirk olmayan bidətlərdən ibarət isə bu halda onların arxasında namaz səhihdir. Lakin müsəlman çalışmalıdır ki, bidət etməyən bir imam tapsın. Çünki bu daha böyük əcr-savab gətirir və şərdən daha uzaqdır.
Şeyx ibn Bəzzdən (Allah ona rəhmət etsin) soruşdular: “Əhalisi bidətə bağlı olan bir şəhərdə yaşayan şəxs barədə hökm nədir? Cümə və camaat namazlarını onlarla qılmaq olar yoxsa fərdi olaraq qılmalıdır, yaxud o cümə namazının öhdəliyindən azad olurmu? Əgər şəhərdə əhli sünnə camaatının sayı 12 dən azdırsa onların cümə qılması səhihdir yoxsa deyil?
Cavab: “Saleh yaxud facir hər bir imamın arxasında cümə namazı qılmaq vacibdir. Əgər cümə namazına rəhbərlik edən imamın bidəti onu İslam dinindən xaric etmirsə bu halda onun arxasında namaz qılınır. İmam Əbu Cəfər ət-Təhavi (Allah ona rəhmət etsin) özünün məşhur “Əqidə” kitabında demişdir: “Biz hesab edirik ki, istər saleh, istər facir, qiblə əhlindən olan hər bir imamın arxasında namaz qılınır və onlardan dünyasını dəyişənlər üçün cənazə namazı qılınır”.
Daha sonra isə o Şeyxu-l-İslamın bundan əvvəl qeyd etdiyimiz sözlərini sitat gətirərək davam edir: “...ikinci suala gəldikdə isə cavab budur ki, “Bu məsələ ətrafında elm adamları arasında məşhur fikir ayrılığı mövcuddur. Lakin doğru rəy budur ki, əgər onlar cümə namazının qılınmadığı bir kəndin sakinləri isə üç yaxud daha çox adamın iştirakı ilə cümə namazı qılmaq olar. Cümə namazlarının keçirilməsi üçün 40 yaxud 12 və ya daha az və ya çox adamın iştirakının şərt kimi irəli sürülməsinə gəldikdə biz bildiyimiz qədər bu barədə mötəbər heç bir sübut-dəlil yoxdur. Əksinə, edilməsi vacib olan namazları camaatla yerinə yetirməkdir və bunun üçün ən az say üç nəfərdir. Bu elm adamlarından bir qisminin rəyidir və Şeyxu-l-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) də bu rəyə üstünlük verib və yuxarıda keçdiyi kimi doğru rəy budur”.[7]
Həmin yerdəki camaatla əməkdaşlıq edin, onları Allaha dəvət edin və əqidələrini islah edin, yanlış yolda olanları öyrədin və bunu edərkən hikmətlə və gözəl moizələrlə edin ki, namaza ən xeyirli və ən təqvalı olanlar rəhbərlik etsin.
Allahdan niyazımız budur ki, bizə və sizə kömək olsun və hidayət etsin.
Ən doğrusunu Allah bilir.
http://islam-qa.com/ar/ref/72441
[1] İmamın arxasında namaz qılanlar.
[2] Namaza rəhbərlik etmək.
[3] Yaxşılığı əmr edib pislikdən çəkindirmək prinsipi.
[4] Boykot, tərk etmək.
[5] Məcmu əl-Fətəvə, 23/351- 356.
[6] Daimi Komitənin Fətvaları, 7/365.
[7] Məcmu əl-Fətəvə, Şeyx ibn Bəzz, 4/303.


