Qəbirin içində və üstündə tikili
Sual: Bu məktubu Urdundan almışıq. Orada qardaşlardan biri bildirir ki, qəbir inşa etmək şəriətdə icazəlidirmi? İcazəli deyilsə elə isə nə etmək lazımdır? Bu barədə bizə məlumat verərdiniz.
Cavab: Mən doğrusu bilmirəm sual verən qəbir bina etmək deyərkən ölünü dəfn etmək üçün yeri nəzərdə tutur, yoxsa qəbirin üzərində bir şey bina etməyi. Əgər ölünü dəfn etmək üçün içərisində olan tikilini nəzərdə tutursa bu halda bilmək lazımdır bu məsələdə Sünnət budur ki, ləhd[1] olmalıdır. Yəni, qəbirin qibləyə olan tərəfindən yan hissədə ölünü ora yerləşdirmək üçün oyuq qazılır
Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bu cür etdiyi sabit bir sünnətdir. Buna əsaslanaraq deyirik ki, kim qəbirin içində bir şey tikərsə bu sünnəyə ziddir. Qəbirin üstündə bir şey inşa etmək istəyirsə bu haramdır və Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu cür etməyi qadağan etmişdir. Çünki bu cür etməklə qəbir əhlinə (qəbirdə yatan müəyyən şəxslərə-övliyalara və s.) təzim göstərilir,bunlar da öz növbəsində insanların qəbirlərə ibadət etməsinə və Allah ilə yanaşı başqalarını özlərinə ilah seçməsinə aparan bir vasitə və səbəbdir. Necə ki, qəbirlərin üzərində inşa edilən bir çox tikililərdə buna şahid oluruq. Nəticə olaraq da insanlar bu qəbirlərdə yatan insanları Allah Sübhənahu və Təalaya ibadətdə şərik qoşmağa başlayırlar.
[1] Ləhd-qəbirin bir tərəfində ölünü yerləşdirmək üçün qazılan bir oyuqdur. Bu sözün əsli meyl etmək mənasını daşıyır. Mülhid (Allahsız) sözü də bundan götürülüb, mənası dindən küfrə meyl etməkdir. Qəbir ilə bağlı işləndikdə ləhd adlanır, çünki qəbirin orta hissəsindən yana doğru meyl edir.


