“Sahib olduqları cariyələr” nədir? Cariyəyə sahib olmaq üçün evli olmaq şərtdir?
Sual: Cariyə nədir? Buna yiyələnmək üçün həmin şəxsin evli olmaq vacibdirmi? Bunu necə tamamlamaq, əldə etmək və cariyə etmək olar?
Cavab:
Həmd Allaha məxsusdur.
Əvvəla:
Allah-Təala müsəlman döyüşçülərin müharibədə kafir düşmənlər üzərində qələbə çalmasına qismət edərsə bu halda onları öldürmək, əsir almaq, girovsuz azad etmək yaxud kölə etmək olar. Bu dörd seçim arasından qərarı imam[1] ən məsləhətli nəyi hesab edirsə ona görə qərar verir.
Qadınlara gəldikdə isə onlar kölə və “cariyə” olur. Oğlan uşaqları da kölə olur. Rəhbər və imam bu kölələrin döyüşçülər arasında bölgüsünü aparır.
Şeyx əl-Şənqiqi (Allah ona rəhmət etsin) demişdir: “Birinin kölə götürülməsinin icazə olması kafir olub Allaha və Onun Rəsuluna qarşı müharibə elan etməsindən dolayıdır. Allah-Təala mübarizə aparan, öz həyatlarını, var-dövlətini və Allahın onlara əta etdikləri hər bir şeyi fəda edən müsəlmanlara Allah kəlməsinin kafirlər üzərində yüksəlməsini qismət edərsə bu halda Allah-Təala onları əsir tutduqda kafirləri kölə etməyə icazə verir. Müsəlmanların maraqların xidmət edirsə imam onları azad edə yaxud pul müqabilində sərbəst buraxa bilər”.[2]
İslam dininin gəlişi ilə Peyğəmbərin göndərilməsindən öncə mövcud olan quldarlıq formalarından yalnız biri istisna olmaqla digərlərinə yasaq qoyuldu. Bu növ isə kafirlərdən əsir düşənlərin qula çevrilməsdir.
İslam dinində qadın kölələr kölələşdirilərkən digər mədəniyyətlərə müqayisədə daha gözəl davranılır. Onların şərəf-namusu fahişəlik yolu ilə heç kəsə halal sayılmayıb. Halbuki əksər hallarda müharibədə əsir düşən qadınların aqibəti bu cür olub. Əksinə İslam dini onları yalnız öz yiyəsinin sərəncamına verdi və başqa birinin isə onunla yaxınlıq etməsini hətta oğlu üçün olsa belə haram etdi. İslam dinində əsirlikdən azad edilmə müqaviləsi ilə onlara azad olunmaq hüququ tanındı; bunların azad edilməsi təşviq edilir və buna görə savab vəd edilir. Bəzi kəffarə növlərində qul azad etmək vacib buyurulub. Məsələn, bilmədən birini qətlə yetirmək, zihar[3] və andı pozmaq. Onlar öz yiyələrindən ən yaxşı rəftar gördülər. Belə ki, bu pak olan Şəriətimizin əmridir.
İkincisi:
Cariyəyə sahib olmaq üçün mücahidin evli olması vacib deyil. Alimlərdən heç kim bur cür fikir bildirməyib.
Üçüncüsü:
Mücahid, qadın yaxud kişi köləyə sahib olduqda o bunları sata bilər. Hər iki halda-istər kölə döyüşdə yaxud satınalınma yolu ilə əldə olunsun- hamilə olduğu müəyyən olunana kimi onunla cinsi yaxınlıq etmək olmaz. Hamilə olduqda isə doğuşa kimi gözləməlidir.
Ruveyfi ibn Sabit əl-Ənsarinin belə söylədiyi rəvayət olunur: “Hüneyn günü Allahın Rəsulunun (sallallahu aleyhi və səlləm) belə söylədiyini eşitdim:”Allaha və Axirət Gününə iman gətirən birinin başqa birinə aid əkini suvarması halal olmaz.[4] Həmçinin, Allaha və Axirət Gününə iman edən bir kəs qadının hamilə olduğu müəyyən olunmadıqca əsir qadınla cinsi yaxınlıq etməsi halal olmaz. Həmçinin, Allaha və Axirət Gününə iman edən şəxsin qənimətin bölgüsü olmadıqca bundan satması halal olmaz”.[5]
Bir çox o cümlədən uzun müddətdir ki, müsəlmanların cihadı tərk etdiyi kimi reallıq səbəbindən, hal-hazırda köləlik çox nadir bir hala çevrilib. Bu o deməkdir ki, müsəlmanlar bir kəsin kişi yaxud qadın kölə olduğu iddia edildiyinə dair hər hansı bir vəziyyəti öyrənərkən son dərəcə ehtiyatlı olmalıdır.
Ən doğrusunu Allah bilir.
http://islam-qa.com/ar/ref/12562
[1] Ölkə başçısı, rəhbər, hakim.
[2] Ədvə əl-Bəyan, 3/387.
[3] Cəhalət dövründə mövcud olan boşanma forması. Burada kişi öz həyat yoldaşına “Sən mənə mənim anamın kürəyi kimisən”deyirdi.
[4] Yəni, hamilə qadınla cinsi yaxınlıq edə bilməz.
[5] Əbu Davud, 2158; Şeyx əl-Albani Səhih Əbi Davudda (1890) hədisi həsən deyə təsnif edib.


